
Yadplanetlilər varmı? NASA-dan UFO-larla bağlı yeni açıqlama
Kosmik Tədqiqatlar Agentliyi (NASA) naməlum uçan obyekt (UFO) haqqında yeni hesabat açıqlayıb. NASA administratoru Bill Nelson, “Məndən kainatda başqa bir həyat formasının olduğuna inanırammı deyə soruşsanız, mənim şəxsi cavabım bəli olacaq” deyə bildirib. Nelsondan bir müddət əvvəl Meksika hökuməti tərəfindən dərc edilən və yadplanetlilərə aid olduğu iddia edilən mumiya şəkilləri haqqında fikirləri də soruşulub. Nelson belə cavab verib: "Biz bu gün fərziyyələri və sui-qəsdləri elmdən ayırmaq üçün buradayıq və bunu elmi məlumatlarla edə bilərik. Mən də sizin kimi sosial mediada sözügedən videoya baxdım və görüntülərdən başqa heç bir məlumatım yoxdur".
Murad Şahməmməd
Digər xəbərlər