Bu ətir qulağınızda sırğa olsun

Bu ətir qulağınızda sırğa olsun

5 Dekabr 2012 18:22
Bəyəndim (0) Bəyənmədim (0)

Nəfəs darlığı və allergiyadan əziyyət çəkənlər üçün sırğa şəklində ətir icad edildi. Cod Koken ətirləri həddən artıq sevən bir hollandiyalıdır. Uşaqlığından bu yana topladığı müxtəlif qoxulu ətrilərlə o, həyatına rəng qatıb. Ta ki iki il öncə vücudu ətirə qarşı ciddi allergik reaksiya göstərənə qədər... Ancaq bu vəziyyət Kokenin qarşısını ala bilmədi. Holland istehsalçı vücudla təmasda olmayan bir ətir kəşf etdi. Qulağınızda, biləyinizdə gəzdirə biləcəyiniz içi ətirlə dolu olan aksessuarlar hazırda tamamlanmaq üzrədir. Ətir sevərlər də səbirsizliklə qəhrəmanımızın yeni kolleksiyasını piştaxtaya çıxaracağı günü gözləyirlər.

Günel Həbib

O.M.