Dünyanın ən bahalı pendiri

Dünyanın ən bahalı pendiri

30 Avqust 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ən bahalı pendir üzrə dünya rekordu İspaniyada yenilənib. 2,2 kilo pendir 30 min avroya satılıb. Şimali İspaniyada 2,2 kq-lıq «Kabrales mavi» pendiri hərracda 30 min avroya satılıb. Beləliklə, bu pendir dünyanın ən bahalı pendiri adını qazanıb.

"Yaxşı pendirimiz olduğunu bilirdik, amma qazanmağın da çox çətin olduğunu bilirdik" deyə pendiri hazırlayan Guillermo Pendas İspaniyanın dövlət xəbər agentliyinə bildirib. «Los Puertos» fabrikinin sahibi Pendasın anası Rosa Vada pendirin 1400 metr hündürlükdəki mağarada 7 dərəcə Selsidə yetişdiyini və orada ən azı səkkiz ay qaldığını bildirib. Pendir «El Llagar de Colloto» şirkətinin sahibi olan İvan Suarezə satılıb.

Pendir çiy inək südü, qoyun və keçi südünün qarışığından istifadə edilərək hazırlanır və Picos de Europa milli parkındakı Kabrales bölgəsindəki mağaralarda saxlanılır. Suaresin də aldığı pendirin əvvəlki qiyməti isə 2019-cu ildə 20500 avro olaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Murad Şahməmməd