Artıq pul paylayan xarab bankomatlar xaosa səbəb olub
İrlandiyanın ən böyük banklarından birinin texniki nasazlığı nəticəsində bankomatlar müştərilərinə artıq pul verməyə başlayıb. Qısa müddətdə sosial şəbəkələrdə xəbər eşidiləndə minlərlə insan artıq pul üçün bankomatlara axışıb və bu məntəqələrə polislər göndərilib. İrlandiyada bir bankın bankomatlarında yaranan texniki problem ölkədə xaosa səbəb olub. İrlandiya mətbuatında yer alan xəbərə görə, İrlandiya Bankına aid bəzi bankomatlar daha kiçik məbləğləri çıxarmaq istəyənlərə daha yüksək məbləğdə pul verərkən, hətta hesabında pulu olmayan müştərilər də pul çəkə biliblər.
Hadisənin sosial şəbəkədə yayılması ilə sözügedən bankomatlardan pul çıxarmaq istəyənlər uzun növbələr yaradıblar. Polis orqanlarından verilən açıqlamada 40 fərqli nöqtədə qeyri-adi insan fəaliyyəti və səs-küy olduğu bildirilib.
İrlandiya Bankının sosial mediada verdiyi açıqlamada bankomat və bank mobil proqramında texniki problem olduğu bildirilib və bunlar qeyd edilib:
"Müştərilərimizə xatırlatmaq istərdik ki, normal limitdən yuxarı pul köçürmələri və çıxarılması onların hesablarında əks olunacaq. Müştərilərimizin balanslarına nəzarət edə bilməyəcəyini bilirik lakin onlar heç bir əlavə vəsait çıxarma və ya köçürmə etməməlidirlər".
Daha sonra bank texniki problemin aradan qaldırıldığını və həm bankomatların, həm də mobil tətbiqin normal işləməyə başladığını açıqlayıb.
Murad Şahməmməd



































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)










