Almaniyada bir küçə Türkiyənin ilk qadın həkimi Safiye Əlinin adını daşıyır

Almaniyada bir küçə Türkiyənin ilk qadın həkimi Safiye Əlinin adını daşıyır

17 Avqust 2023 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Dortmund şəhərində bir küçəyə Türkiyənin ilk qadın həkimi Safiye Əlinin adı verilib.

Türkiyənin ilk qadın həkimi Safiye Əlinin adı Almaniyanın Dortmund şəhərində tibb həkimi və qadın hüquqları müdafiəçisi kimi uğurlarına görə bir küçəyə verilib.

Ölümündən 70 il sonra adı Almaniyada bir küçəyə verilən Safiye Əli üçün təşkil edilən mərasimdə onun xidmətlərindən və həyatı boyu qazandığı uğurlardan danışılıb. Mərasimdə Türkiyənin Essen baş konsulu Taylan Aydın, yerli idarəçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

MÜKAFAT SAFİYE ƏLİ ADINDAN VERİLƏCƏK

Dortmund Bələdiyyəsi, "Dr. Safiye Əli Krekeler Uşaq Tibb və Sağlamlıq Mükafatı" adı altında bir mükafat veriləcəyini açıqlayıb. Uşaq təbabətində və uşaq cərrahiyyəsində və uşaq sağlamlığının təşviqində yüksək nailiyyətlərə görə iki ildən bir veriləcək mükafata əlavə olaraq, şəhər rəhbərliyi tərəfindən 20 min avro pul mükafatı və festival tədbiri elan ediləcək.

SAFİYE ƏLİ KİMDİR?

1894-cü ildə İstanbulda anadan olan Safiye Əli Türkiyənin ilk qadın həkimi və tibb elmlərini öyrədən ilk qadındır. 1916-cı ildə Almaniyada tibb təhsilinə başlayan Safiye Əli Almaniyanın Wülzburg Universitetini birinciliklə bitirib.

İlk praktikasını 1923-cü ildə İstanbulda alan Safiye Əli İkinci Dünya Müharibəsi illərində Almaniyada müvəffəqiyyətlə həkimlik etmişdir. 1952-ci il iyulun 5-də 58 yaşında Dortmundda vəfat edən Safiyə Əli qısa ömründə bir çox uğurlara imza atmağı bacarmışdır…

Murad Şahməmməd