Bu gün “Ümumdünya Qucaqlaşma Günü”dür

Bu gün “Ümumdünya Qucaqlaşma Günü”dür

4 Dekabr 2012 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
İlin sonuna cəmi 27 gün qalır

Bu gün həftənin II, ilin 338-ci günüdür. Qriqori təqviminə görə, ilin sonuna 27 gün qalır. Bu gün nə ilə əlamətdardır? Əvvəla, bu gün Rusiyada "İnformatika Günü"kimi qeyd olunur. Belə ki, 1948-ci ilin məhz bu günü ilk dəfə rəqəmli elektron hesablama maşını SSRİ Nazirlər Sovetində dövlət qeydiyyatına alınıb. Meksika xalqı 04 dekabrda "Sənətkarlar Günü"nü qeyd edəcək. Tonqada isə bu gün dövlətçiliyin elan olunduğu günüdür. Ən əsası isə odur ki, bu gün "Ümumdünya Qucaqlaşma Günü"dür.

Hamınıza xoş anlarla qucaqlaşmaq arzusu ilə...

Könül Aypara

O.M.