300.000 illik insan qalıqları tapıldı
300.000 illik insan qalıqları tapıldı! Görünməmiş qədim insan növləri?
Çində tapılan 300 min illik insan qalıqları arxeologiya aləmində həyəcan yaradıb. "Buz dövrü"ndən çənə sümüklərinin formasını qeyd edən mütəxəssislər indiyə qədər heç vaxt görülməmiş "qədim insan növü" tapdıqlarını düşünürlər.
Bu barədə çin, ispan və britaniyalı tədqiqatçılardan ibarət beynəlxalq komandanın bəyanatında deyilir.
2015-ci ildə Şərqi Çində tapılan çənə sümüyünün xüsusiyyətlərinin buz dövründəki digər insan növlərindən fərqli olduğu vurğulanıb.
Bildirilib ki, qalıqlarda müasir insanlara aid bəzi xüsusiyyətlər də var. "HLD 6" adlanan qalıqların 12-13 yaşlı oğlana aid olduğu ehtimal edilir.
Araşdırmanın nəticələri “Journal of Human Evolution”da dərc olunub. Tapıntının qeyri-adi olduğunu deyən mütəxəssislər bəşəriyyətin nəsil şəcərəsində yeni bir qol tapdıqlarını düşünürlər.
Murad Şahməmməd



.jpg)





























.jpg)





























































