1,58 milyard ABŞ dolları olan cekpot qalibi tapıldı

1,58 milyard ABŞ dolları olan cekpot qalibi tapıldı

9 Avqust 2023 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da 31-ci tirajla dövriyyəyə buraxılan «Mega Millions» cekpotu sahibini tapıb. 1,58 milyard dollarlıq cek-pot Floridadan olan şəxsə gedib. Təxminən dörd aya yaxın olan bonus çərşənbə axşamı gecəsi sahibini tapıb. “13, 19, 20, 32, 33 və 14” nömrələri tirajda şanslı nömrələr olub.

Aprelin 18-də oyunun cekpotunu qazanan sonuncu şəxsdən sonra bu günə, 31-ci tiraja qədər bütün oyunlar heç-heçə ilə nəticələnib. Bu da cekpotun davamlı böyüməsinə imkan verib və ABŞ tarixində üçüncü ən böyük uduş kimi qeydə alınıb.

1,58 milyard dollarlıq mükafat, qalibin 30 il ərzində hər il ödənilməsini seçdiyi təqdirdə veriləcək. Bununla belə, insanlar ümumiyyətlə daha aşağı məbləğ üçün birdəfəlik ödəmə variantına üstünlük verirlər. Çərşənbə axşamı cekpotunun birdəfəlik məbləği təxminən 783,3 milyon dollar olacaq.

ABŞ-da bonuslar federal vergilərə tabedir. Bir çox dövlətlər lotereya uduşlarına da vergi verirlər.

Murad Şahməmməd