Yuxu zamanı təbii ətirli qoxulara məruz qalmaq beynimizin daha yaxşı işlədiyini göstərir
Alimlər müəyyən ediblər ki, sakit mühitlərdə yatan fərdlər idrak qabiliyyətini yaxşılaşdırır və beyin sağlamlığını qoruyur. Tədqiqat «Demans» və «Alzheimer» kimi xəstəliklər üçün vacibdir. Kaliforniya Universitetində çalışan bir qrup elm adamı təbii ətirlərin qoxusuna məruz qalaraq yatan fərdlərin beyin sağlamlığının daha yaxşı qorunduğunu müəyyən ediblər. Tədqiqat bunun insanlara «Demans» və «Alzheimer» kimi xəstəliklərdən qorunmağa kömək edə biləcəyini göstərir.
Nəticələri “Frontiers in Neuroscience” jurnalında dərc edilən araşdırma çərçivəsində 60-85 yaş arası 43 nəfər üzərində bir sıra testlər aparılıb. Bu mövzuda 20 subyektin yuxu mühitinə qızılgül, portağal, evkalipt, limon, nanə, rozmarin və lavanda kimi müxtəlif qoxular verilib. Digərləri nəzarət qrupu kimi qəbul edilib və ətir izləri olan saxta qoxularla yuxuya verilib. 6 ay davam edən araşdırma təəccüblü nəticələri ortaya qoyub.
Cəmi 2 saat ərzində verilən qoxu beyin fəaliyyətini 226 faiz artırıb. Subyektlər 6 aylıq müddətin sonunda bir sıra nevropsikoloji testlərdən keçiblər. Bu testlərdə yaddaş, diqqət çatışmazlığı və şifahi zəka kimi kateqoriyalar üzrə ölçmələr aparılıb. Edilən ölçmələr də təəccüblü olub. Belə ki, təbii qoxular arasında yatan fərdlərin nəticələri digərlərindən 226 faiz daha yaxşı olub. Üstəlik, bu şəxslərin yaddaş və düşüncə üçün vacib olan beyin bölgələri də daha yaxşı vəziyyətdə olub. Sonda təbii ətirli qoxulu mühitlərin yaşlı insanların beyin sağlamlığı üçün daha yaxşı təsirə malik olduğu subut olunub.
Murad Şahməmməd

















.jpg)
.jpg)
.jpg)
























.jpg)


















































