İnsanları panikaya salan meteorit gecəni gündüzə çevirib

İnsanları panikaya salan meteorit gecəni gündüzə çevirib

27 İyul 2023 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın qərbində atmosferə daxil olan meteorit gecəni gündüzə çevirib. Adi gözlə görülən meteorit insanlarda panika yaradıb. Miçoakan əyalətinin qubernatoru Alfredo Ramirez Bedolla verdiyi açıqlamada, Kolima Universitetinin alimlərinin səmada görünən parlaq uçan cismin meteorit olduğunu müəyyən etdiklərini bildirib.

Meteoritin atmosferə girdikdən sonra alov topuna çevrildiyi anlar ətrafdakı vətəndaşlar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayımlanıb.

Murad Şahməmməd