"Everest daha dünyada ən yüksək dağ zirvəsi deyil?"
"Hündürlüyün ölçülməsində üç elmi yanaşma mövcuddur və ikisində Everest geridə qalır..."
"Əgər əsasından zirvəsinədək ölçülərsə, Havay adalarında yerləşən Mauna-Kea dünyada ən yüksək dağ sayıla bilər..."
"Yerin mərkəzindən zirvəyədək ən yüksəkdə yerləşən Ekvadordakı Çimboraso dağıdır..."
İstənilən məktəbli bilir ki, planetimizdə ən yüksək dağ zirvəsi Himalayda, Nepal və Tibet arasında sərhəddə yerləşir və bu, Everest zirvəsidir. Lakin bu iddia yalnız qismən doğrudur, çünki hündürlüyün ölçülməsində üç elmi yanaşma mövcuddur və ikisində Everest geridə qalır.
Bu barədə "Detaly" nəşri yazıb.
Hündürlüyü təxminən 8 849 metr olan Evetest Yer kürəsində ən yüksək dağ hesab edilir. Problem bundadır ki, əgər onu əsasından zirvəsinədək və ya Yerin mərkəzindən aralı olmasına görə ölçsək, bu zirvə iki digər rəqiblərinə uduzacaq.
Ondan başlayaq ki, Everest dəniz səviyyəsindən ən yüksəkdə yerləşən dağ hesab edilir, yeri gəlmişkən, təkcə 2018-ci ildə bu səviyyə 3, 7 mm yüksəlib. Yəni Everestin hündürlüyü ilbəil azalır. Lakin hesablama metodunda istinad nöqtəsi dəniz səviyyəsi götürülürsə, suda yerləşən bütün dağlar əlverişsiz vəziyyətə salır.
Məsələn, əgər əsasından zirvəsinədək ölçülərsə, Havay adalarında yerləşən Mauna-Kea "dünyada ən yükək" sayıla bilər. Əgər Yerin bir qədər geniş olduğu ekvatora yaxınlığını nəzərə alsaq, o zaman Yerin mərkəzindən zirvəyədək "ən yüksəkdə" Ekvadordakı Çimboraso stratovulkanı olacaq. Məsələ yalnız hündürlüyün sizə yaxın olan olan elmi yanaşmadadır.
Mauna-Kea, Havay adaları
Havay adalarında yerləşən Mauna-Kea yatmış vulkandır, sonuncu dəfə 4500 il əvvəl püskürüb, hündürlüyü dəniz səviyyəsindən cəmi 4 205 metrə çatır. Lakin nəticə cıxarmağa tələsməyin, çünki əgər dağın sualtı hissəsini nəzərə alsaq, o zaman onun hündürlüyü artıq təxminən 10 210 metr təşkil edəcək, bu da Everestdən bir qədər çoxdur.
Buz dövründə Mauna-Keanın zirvəsini hündürlüyü 75 metr olan buzlaq örtüb, bu da yüksək dağ göllərinin yaranmasına gətirib çıxarıb. Dağın zirvəsi 50 km-lik künbəzdir, bizim zamanımızda elmi nöqteyi-nəzərdən dünyada astronomik müşahidələr məqsədilə ən məhsuldar meydança olan Keka observatoriyası üçün ev rolunu oynayır.
Mauna-Keanın zirvəsində observatoriyaların inşası son illər siyasi və hüquqi mübahisələr mənbəyinə çevrilib. Aborigen havaylıların təşkilatları iddia edir ki, burada davam edən işlər həm ekoloji, həm də mədəni ziyan vurur. Rəvayətlərə görə, dağın zirvəsi Havay vulkanlarının Allahı Pelenin iqamətgahıdır, o, Mauna-Keaya hörmətsiz yanaşan istənilən şəxsi cəzalandıra bilər.
Çimboraso, Ekvador
"Dünyada ən yüksək" tituluna ikinci iddiaçımız And dağlarının Qərbi Kordilyerində, Ekvadorun mərkəzi hissəsində yerləşən Çimboraso dağıdır. O da sönmüş vulkandır, təxminən 4 700 metr yüksəklikdə daima qarla örtülüdür.
Çimboraso zirvəsi dəniz səviyyəsindən hətta Mauna-Keadan daha yüksəkdə yerləşir, hündürlüyü 6 310 metrdir. Bu dağ uzun müddət And dağlarında ən yüksək hesab edilib, lakin bu titul Akonkaquanın (6 961 metr) xeyrinə geri alınıb.
Çimboraso And dağlar silsiləsinin ən yüksək dağı olmasa da, dağın unikal yerləşməsi onu Yerin mərkəzindən ən uzaqda yerləşən dağa çevirir. Bəlli olduğu kimi, bizim planet ideal kürə formasında deyil, onun radiusu ekvatorda qütblərə nisbətən təxminən 20 km enlidir. Beləliklə, Çimboraso Everestdən 2 539 metr aşağıda yerləşsə də, o, Yerin mərkəzindən 2 072 metr daha aralıda yerləşir.
Yeri gəlmişkən, hündürlüyün ölçülməsində belə yanaşmaya əməl etsək, ikinci yerdə yenə də Everest deyil, Peruda ən yüksək nöqtə olan Uaskaran olacaq. Moderator.az



































































.jpg)
.jpg)
.jpg)

























