"Gənclik fəvvarəsi" adlı həblər zamanı geri döndərməyə və orqanizmi gəncləşdirməyə qadir olacaq..."
"Alimlər xüsusi kimyəvi maddələrin köməyilə zamanı geri döndərməyin və orqanizmi gəncləşdirməyin mümkünlüyünü müəyyən edib..."
Harvard alimləri qocalığı dayandırmaq iqtidarında olan maddələr aşkar edib
Harvard Universitetindən olan alimlər qocalığı dayandırmaq və zamanı geri döndərmək iqtidarında olan "kimyəvi kokteyl" aşkar edib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Nyu York Post" nəşri məlumat verib.
Tədqiqatçılar iddia edir ki, bu kəşf hamı üçün əlçatan olan "gənclik fəvvarəsi" adlı həblərin yaradılmasına gətirib çıxara bilər.
Tədqiqatın nəticələri ilk dəfə olaraq "Aging" tibbi jurnalın iyul nömrəsində dərc edilib.
Bu günlərdə genetika üzrə professor, "Ömür müddəti" kitabının müəllifi Devid Sinkler özünün "Twitter" səhifəsində tədqiqatın nəticələrinin təfərrüatlarını öz istifadəçiləri ilə bölüşüb.
"Əvvəllər biz gen mühəndisliyindən istifadə edərək zamanı geri döndərməyin mümkün olduğunu sübut edirdik.
İndi isə biz müəyyən etmişik ki, bunu həm də xüsusi kimyəvi kokteyllərin köməyi ilə etmək mümkündür və bu bütün orqanizmin cavanlaşdırılması yolunda bir addımdır", - o yazıb.
Professor dəqiqləşdirib ki, üç ildən artıq müddət ərzində o, öz həmkarları ilə birlikdə hüceyrə qocalmasını dayandırmaq və insan hüceyrələrini gəncləşdirmək iqtidarında olan molekullar kompleksinin axtarışı üzərində işləyib.
Onun sözlərinə görə, siçanlar və meymunlar üzərində aparılan təcrübələrin gedişində onun komandası bir həftədən az müddət ərzində qocalmanın vizual əlamətlərini "geri döndərmək" qabiliyyətində olan altı kimyəvi kokteyl aşkar etməyə müvəffəq olub.
"Görmə siniri, beyin toxuması, böyrəklər və əzələlərin tədqiqatı ümidverici nəticələr göstərib. Belə ki, siçanlarda görmə yaxşılaşıb və ömür müddəti uzanıb, bu yaxınlarda isə, bu ilin aprel ayında meymunların görməsi yaxşılaşıb", - o qeyd edib və əlavə edib ki, hal-hazırda yeni kokteyllərin insanlar üzərində kliniki sınaqlarına hazırlıq gedir.



.jpg)





























.jpg)





























































