
Dünyanın ən zəngin qadınlarından birinə məxsus 300 milyon dollarlıq super yaxta
Bir qrup ətraf mühit fəalı İspaniyanın turistik İbiza adasının sahillərində dayanmış "Xaos" adlı super yaxtanı sprey boya ilə rəngləyiblər. Yaxtanın 300 milyon dollar dəyərində olduğu və "Walmart" pərakəndə satış şəbəkəsinin varisi Nensi Uolton Loriyə məxsus olduğu güman edilir.
Ekoloji qeyri-hökumət təşkilatı Futuro Vegetal-a bağlı bir qrup fəal İspaniyanın ən mühüm turizm mərkəzlərindən biri olan İbizada lövbər salmış super yaxtanı qara və qırmızı rəngə boyayaraq korlayıblar.
Fəallar yayımladıqları videomüraciətdə “Dünya əhalisinin ən zəngin 1 faizi ətraf mühiti ən yoxsul 50 faizdən daha çox çirkləndirir” deyərək, zənginlərin təbiətin dərdi ilə maraqlanmadıqlarını vurğulayıblar...
Murad Şahməmməd
Digər xəbərlər