
Bu körpünü düz əvəzinə dairəvi etmək məntiqsizdir, yoxsa ağıllı bir səbəb var?
Cənubi Amerika ölkəsi Uruqvayda yerləşən “Laguna Garzón” körpüsü ilk baxışdan məntiqsiz bir dizayn kimi görünsə də, dizaynının səbəblərini öyrəndikdə razı qalacaqsınız..
Bu tip körpülərin demək olar ki, hamısı düzdür. İbtidai məktəbdə öyrəndiyimiz kimi, “iki nöqtə arasındakı ən qısa xətt düz xətt təşkil edir”.
Əgər qayda belədirsə, onda niyə əlavə tikinti materialı israf edilib və sürücülərə əlavə yanacaq və vaxt sərf edilib?
Qeyri-adi dairəvi dizayn bəzi çatışmazlıqlarla çox olsa da, geniş nöqteyi-nəzərdən baxdıqda faydaları zərərlərdən xeyli üstündür.
Ərazi turistik yerdir və körpü təbii möcüzəli Laqondan keçir. Burada çoxlu sayda quş növləri və müxtəlif heyvanlar yaşayır.
Sürücülər bu döngələr sayəsində sürətlərini azaltdıqda, sürətin yaratdığı avtomobil səs-küyü də xeyli azalır. Beləliklə, ekosistemdəki canlıların qorxuya düşməsinin qarşısı alınır.
Bundan əlavə, gözəl mənzərə olduğu üçün sərnişinlər bu mənzərədən həzz alır və körpüdən keçirlər. Arzu edənlər isə burada quşları, mənzərəni seyr edə və balıq tuta bilərlər.
Murad Şahməmməd