
Süni intellekt milyonlarla insanın həyatına son qoya biləcək yeni pandemiya "törədə bilər"
"Biz son 50 ildə bir neçə qəsdən törədilən pandemiyalarla üzləşmişik və belə hallar müəyyən dövrülüklə davam edəcək..."
"Süni intellekt proqramları cinayətkarlara virusların yaradılması üzrə təlimatlara çıxış əldə etməyə imkan verə bilər..."
Məşhur professor süni intellektin planetimizi məhv etmək istəyənlərə təhlükəli xəstəliklərin törədilməsi barədə məlumata çıxış əldə edə biləcəyindən narahatlığını ifadə edib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
ABŞ-ın Massaçusets ştatından olan Texnoloji İnstitutunun media-laboratoriyasının tədqiqatına görə, "Chat GPT" və "FreedomGPT" kimi süni intellelektlər gələcəkdə ölümcül xəstəliklər üzrə təlimat və tövsiyyələri özündə ehtiva edən "böyük dil modellərinə" çıxış əldə edə bilər.
Bu, cinayətkar şəxslərin əlində təhlükəli sporlar, mikroblar və pandemiyaları yaymaq riskinə gətirib çıxara bilər.
Hesabat həmmüəllifi professor Kevin Esvelt qeyd edib ki, onların tədqiqatı böyük dil modellərinin üzə çıxması ilə pandemiya yarada bilmək qabiliyyəti olan agentlərə geniş çıxış əldə edə bilər.
Onun sözlərinə görə, bunun üçün bir qədər laboratoriya hazırlığı lazım gələcək və ya hətta onsuz da keçinmək mümkün olacaq.
Bu, milyonlarla insanın həyatına son qoya biləcək şəxslərin sayının artmasına gətirib çıxara bilər.
"Bu il bu adamlardan kimsənin pandemiya törətməyə qərar verməsi az ehtimal edilmə də, tarix göstərir ki, gec və ya tez, bu, baş verə bilər.
Son 50 ildə biz bir neçə qəsdən törədilən pandemiyalarla üzləşmişik və belə hallar müəyyən dövrülüklə davam edəcək", - o, deyib.
Hesabatın tərtib edilməsi prosesini izah edərkən, professor Esvelt qeyd edib ki, onlar üç müstəqil çat-botlardan pandemiya törədə biləcək agentlərin konsepsiyası, işlənib hazırlanması və yaradılmasını xahiş edib və hər üç qrup bir saat ərzində müvaiq tövsiyyələr təklif edib.
Professor həmçinin dünya liderlərinə belə ssenarilərin qarşısının alınması barədə bir neçə tövsiyyələr tədqim edib.
O, cəmiyyətə pandemiyaların yayılmasının qarşısının alınması, artan bioloji təhlükələri aşkar etməyə və bəşəriyyəti infeksiyalardan qorumağa çağırış edib.
Professor fəlakətli bioloji təhlükələrdən azad olan təhlükəsiz dünyanın qurulmasını təsvir edən hərtərəfli strategiyalar toplumunun işlənib hazırlanması zərurətini vurğulayıb.
O, qeyd edib ki, belə yol xəritəsi artıq mövcuddur və son dərəcə diqqət və fəaliyyət tələb edir.
Bundan öncə məlumat verilib ki, süni intellekt dilləri məhv etmək potensialına malikdir və təfəkkür üsullarının dəyişilməsinə gətirib çıxara bilər. Moderator.az