Qul ticarəti haqqında tarixi həqiqət
Tarixin heç vaxt silinməyəcək qaranlıq tərəfi olan qul alveri milyonlarla insana əzab verib. Qul ticarəti zamanı bir çox ölkələr zaman-zaman çox yüksək gəlirlər əldə etmişdilər. 1500-cü və 1860-cı illər arasında qul tacirləri 12,5 milyon qadın, kişi və uşağı Afrika sahillərində transatlantik kölə gəmilərinə mindiriblər. Bu rəqəmlərə qul gəmisi sahilə gəlməmişdən əvvəl və səyahət zamanı ölənlər daxil deyil. Qul alverçilərinin əksəriyyəti kişilər olsa da, əslində yüzlərlə qadın da qul ticarətinə sərmayə qoyub. İngiltərədə, Fransada və Hollandiyada qul tacirləri öldükdən sonra qadınları bu vəzifəyə keçdilər. Amma heç də hər zaman bu gəmilərdəki məhbuslar dərhal təslim olmayıblar. Müqavimət göstərənlər də çox olub. İğtişaşlar Afrika sahillərində və ya onun yaxınlığında baş verib. Nadir hallarda müvəffəqiyyət qazansalar da, bu üsyanlar insanlara daha geniş təsir bağışlayıb.
Qul tacirləri üsyançılarla mübarizə aparmaq üçün dənizçilərin sayını artırmalı oldular ki, bu da xərclərə mənfi təsir edirdi. Bu, vaxtı ilə dənizdə üzən qul gəmilərinin azalmasına səbəb olub.
1700-cü illərin sonlarında bir çox ölkə qul ticarətinin qanuniliyini şübhə altına aldı. 1830-cu illərdə Avropa və Amerikadakı hər bir qul ticarəti ölkəsi ya beynəlxalq müqavilələr, ya da öz milli qanunları vasitəsilə ticarəti qadağan etdi.
Lakin Braziliya və İspaniya da daxil olmaqla bir çox güclər bunu istəmədən və diplomatik təzyiq altında etdilər. Onların qadağaları ciddi şəkildə tətbiq etmək niyyəti az idi. 1800-cü illərdə qul ticarəti əslində daha çox gəlir gətirdi və qaçaqmalçılar cinayətlərinə məhəl qoymamaq üçün dövlət məmurlarına külli miqdarda rüşvət verirdilər.
Qul ticarəti həyatı, iqtisadiyyatları, mühitləri və mədəniyyətləri kökündən dəyişdirdi. Birincisi isə təbii ki, milyonlarla kölə insanı məhv edirdi. Orta keçid dövründə ölən 2 milyon insandan əlavə, sağ qalanlar Amerikada tez-tez ömür boyu köləlik və ağır əməklə üzləşirdilər. Qul ticarəti həm də əsrlər boyu Amerika və Avropada qaradərililərin zülmünü davam etdirən irqi ayrıseçkiliyi gücləndirirdi. Kapitalizm, sənayeləşmə, imperializmlə sıx qarışan ticarət Atlantikanın hər iki tərəfindəki quldarları və cəmiyyətləri zənginləşdirməklə bu iqtisadi və siyasi sistemləri gücləndirdi. Sənaye inkişaf etdikcə yavaş-yavaş quldarlıq yoxa çıxdı...
Murad Şahməmmədov



































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)










