YouTube istifadəçiləri baxdıqları videolarda daha yüksək bit sürətinə sahib olacaqlar

YouTube istifadəçiləri baxdıqları videolarda daha yüksək bit sürətinə sahib olacaqlar

21 İyun 2023 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

YouTube yeni funksiyasını sınaqdan keçirməyə başlayıb. Artıq 1080p Premium gəlir. YouTube Android və Google TV-lərdə 1080p Premium seçimini sınaqdan keçirməyə başlayıb. Bu funksiya ilə YouTube Premium istifadəçiləri baxdıqları videolarda daha yüksək bit sürətinə sahib olacaqlar ki, daha aydın görüntü əldə edə bilsinlər. Beləliklə, Premium olmayan istifadəçilər videoları 1080p-də izləyə biləcəklərmi?

Məşhur video paylaşma platforması YouTube Premium istifadəçiləri üçün 1080p Premium funksiyasını sınaqdan keçirməyə başlayıb.

Şirkət hələ ötən ay daha çox bit sürətinə malik olan 1080p Premium versiyasını təqdim edəcəyini açıqlamışdı. YouTube-da bütün istifadəçilər video həllində 1080p-ə daxil ola biləcək. Premium abunəsi olan istifadəçilər isə yüksək bit sürəti sayəsində daha ətraflı və hərəkətli videolara baxa biləcəklər.

Murad Şahməmmədov