Kirayə verdiyi binada ət və balıq bişirməyi sakinlərə qadağan edib

Kirayə verdiyi binada ət və balıq bişirməyi sakinlərə qadağan edib

21 İyun 2023 08:37
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Nyu-York ştatında vegan ev sahibi kirayə verdiyi binada ət və balıq məhsullarının bişirilməsini sakinlərə qadağan edib. "New York Times" qəzetinin yazdığına görə, Nyu-Yorkun Bruklin şəhərindəki binanın sahibi yuxarı mərtəbədə yaşadığı mənzildə ətin qoxusundan narahat olduğundan kirayəçilər üçün ət və balıq məhsullarının bişirilməməsi qadağasını qoyub.

Əmlak agenti Andrea Kelli, ət istehlak edən kirayəçilərə ayrı-seçkilik edilmədiyini və ət bişirmədikləri müddətcə evlərin kirayə verilə biləcəyini bildirib. Ət məhsulları ancaq kənardan sifarişlə gələ bilər.

Murad Şahməmmədov