Muzeydə tatuaj döymə salonu açıldı

Muzeydə tatuaj döymə salonu açıldı

20 İyun 2023 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Xaricə gedən tatu sevən soydaşlarımız, indi Siz məhşur holland rəssamı Rembrandtın Amsterdamdakı ev muzeyində onun eskizi və ya qravürü ilə döymə etdirə bilərsiniz. Qiymət - 100 ilə 250 avro arasında.

Tatu ustaları Amsterdamdakı Rembrandtın Ev Muzeyində salon açaraq onun işinin pərəstişkarlarını muzeyə cəlb edirlər.

Siz kataloqda "Gecə saatı" və rəssamın digər möhtəşəm rəsmlərini tapa bilərsiniz. Onun məşhur eskizləri və qravüraları var ki, onları özünüzə tatu döymə etdirib əbədi həzz ala bilərsiniz.

Tatuajın qiyməti 100-250 avro arasındadır. Muzeyə görə, Rembrandt və dünyaca məşhur tatu firması “Schiffmacher & Veldhoen” arasında çoxlu ortaq cəhətlər var. Onlar öz işlərinin ustasıdırlar və Amsterdamda bu işin peşəkarına çevriliblər.

Murad Şahməmmədov