Üç min illik tunc qılınc tapılıb

Üç min illik tunc qılınc tapılıb

19 İyun 2023 08:28
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada 3000 illik tunc qılınc tapılıb. Almaniyanın Bavariya bölgəsində işləyən arxeoloqlar qazıntılar zamanı yaxşı qorunmuş 3000 illik Tunc dövrünə aid olan tunc qılınc tapdıqlarını açıqlayıblar.

Hökumətin Abidələri Mühafizəsi Agentliyi elan edib ki, arxeoloqlar Donau-Ries qraflığında aparılan qazıntılar zamanı məzarda yaxşı qorunmuş Tunc dövrünə aid qılınc tapıblar. Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“3000 ildən çox yaşı olan və demək olar ki, parıldayan qeyri-adi dərəcədə yaxşı qorunmuş tunc qılıncdır. Tam saplı tunc qılıncdır, səkkizguşəli sapı tamamilə tuncdan hazırlanıb”.

Ekspertlərin ilk təsbitlərinə görə qılıncın 14-cü əsrə Tunc dövrünə aid olduğu bildirilib. Bu dövrə aid qılınc tapıntılarına son dərəcə nadir hallarda rast gəlindiyini xüsusi vurğulaıb. Kəşf çox qeyri-adi kimi qiymətləndirilib. Arxeoloqlar əlavə olaraq qəbirdə qılıncla yanaşı, digər tunc əşyaların da tapıldığını bildiriblər.

Murad Şahməmmədov