Əsrarəngiz ada şəhərinin nə zaman inşa edildiyi hələlik bilinmir

Əsrarəngiz ada şəhərinin nə zaman inşa edildiyi hələlik bilinmir

26 May 2023 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Nan Madol təkcə mərcan rifinin üstündə tikilmiş yeganə qədim şəhər deyil, həm də onun necə və kim tərəfindən tikildiyi heç vaxt məlum olmayan sirli bir yerdir. Bununla bağlı ortaya çıxan nəzəriyyələr olsa da, onların heç biri hələ tam sübuta yetirilməyib. 2016-cı ildə YUNESKO tərəfindən dünya irsi siyahısında elan edilən Nan Madol həm də Sakit okeanın Venesiyası kimi tanınır. Bu sirli məkanın xarabalıqları uzaq keçmişə gedib çıxır.

250 milyon ton vulkanik qayadan inşa edilən Nan Madol, haqqında çox az şey bildiyimiz üçün hələlik "sirli ada" kimi tanınır. Görək, sirli şəhər haqqında alacağınız məlumatdan sonra nə düşünəcəksiniz?

Mikroneziya Federal Dövlətlərinin cənub tərəfində yerləşən Nan Madol xarabalıqları əsas Pohnpei adası ilə Temven adası arasında yerləşir. Biz onun yerini bilirik lakin bu kifayət deyil.

Gölməçə salınmış, ətrafı daş divarlarla əhatə olunmuş, üç tərəfdən su ilə örtülmüş bu şəhərdə nəhəng qayaların çəkisi 5-40 ton arasında dəyişir.

Açılmayan sirrə çevrilən şəhər haqqında mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Əsas tədqiqatçılar Nan Madolun eramızın 2-ci əsrində tikildiyini düşünürlər lakin bu tarix tikintiyə deyil, adada tapılan ən erkən insan qalıqlarının tarixinə uyğun gəlir.

Bu nəzəriyyəni dəstəkləyən dəlillərdən biri də Nan Madolun təməllərinin su altında qalmasıdır. Onlar yəqin ki, suyun altında belə böyük qayalar tikə bilməzdilər... Bu detal şəhərin əvvəlcə dəniz səviyyəsindən yüksəkdə olduğunu, sonra isə batdığını göstərir. Bu yanaşma geoloqlar tərəfindən dəstəklənmir. Nan Madol yaxınlığında yerləşən Pohnpei adası heç vaxt onu batan hadisədən təsirlənməyib. Beləliklə, sirli şəhər necə su altında qaldı? Bu mövzuda indiyə qədər 2 nəzəriyyə hazırlanmışdır. Birincisi okean sularının qalxması ilə bağlı məntiqi və elmi arqumentlərə əsaslanır, digəri isə köhnə mifə uyğundur.

Tarixçilərin və geoloqların fikrincə, sonuncu irimiqyaslı buzlaşma 14 min il əvvəl baş verib. Yer kürəsinin böyük hissəsini əhatə edən buz əriyib, Sakit Okeanın 100 metrə qədər qalxmasına səbəb olub. Ona görə də bu nəzəriyyə Nan Madolun əsas tədqiqatçıları tərəfindən qəbul edilməsə də, tikinti 14 min il əvvələ gedib çıxır.

Dalğıcların araşdırması tədqiqatçılara şəhərin su altında qalan qalıqlarını müşahidə etməyə imkan verib. Yalnız köhnə yolların bəziləri deyil, adaların bir hissəsi olan küçələr və qəbiristanlıqlar da var. Rəvayətə görə, Olişipa və Olosohpa adlı əkiz sehrbazlar olub. Onlar “Qərbi Katau” adlanan mifik yerdən kanoe ilə Nan Madola gəliblər.

Məskunlaşdıqdan sonra kənd təsərrüfatı tanrısı Nahnisohn Sahpw-ə sitayiş etmək üçün qurbangah tikməyə başlayırlar. Əfsanəyə görə, onlar uçan əjdahanı idarə etmək üçün sehrli güclərdən istifadə edərək nəhəng daşların adaya doğru qalxmasına səbəb olublar.

Bu mövzuda hər hansı bir fikriniz və ya nəzəriyyəniz varsa, bizə yaza bilərsiniz.

Murad Şahməmmədov