On yeddi ildir ki, yemək yemir

On yeddi ildir ki, yemək yemir

25 May 2023 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ağzına bir tikə də qoymamasının səbəbi çox heyrətli idi. İranda yaşayan 58 yaşlı Qulamreza Ərdəşiri 17 ildir ağzına bir tikə də qoymayıb. 2006-cı ildən yemədiyini deyən adamın qəbul etdiyi tək şey hamını məəttəl qoyub. Ərdəşirinin yeməyi dayandırmasının əsl səbəbi bəs nədir?

17 ildir tək içki ilə yaşayan şəxsin açıqlamaları hamını heyrətə gətirib.

58 yaşlı kişi, “Özümü ac hiss etmirəm. Yeməyi 17 il əvvəl dayandırdım. Bilmirəm niyə” deyə yeməyi dayandırmasının səbəbini belə izah edib Ərdəşiri.

O, hələ 17 il əvvəl yemək yeyən zaman qəribə bir hiss keçirdiyini belə danışıb: “Sanki ağzımda tükə bənzər əşya var idi. Hiss etdim ki, tükün bir ucu ağzımda, o biri ucu da qarnımdadır və nə etsəm də, mümkün deyildi onu çıxartmaq. Mən bunu həqiqətən təsvir edə bilmirəm, amma bu, dəhşətli bir hiss idi”. Vəziyyətinin tibbi ekvivalentinin olmadığını deyən Ərdəşiri, 17 il əvvəl yemək yeyən zaman boğulduğunu hiss etdirən bir şeyin olduğunu bu cür söyləib.

“Hamı fərqli həkim təklif etdi və xəstəliyimə diaqnoz qoymaq üçün çox səy göstərdilər. Amma heç bir diaqnoz qoyulmadı” deyən Ərdəşiri, “Bu hissdən qurtulmaq üçün bir çox həkimə getdim. Son çarə olaraq bir psixiatrla məsləhətləşdim və sonda yemək yeməmək qərarına gəldim”

Ərdəşiri 17 ildir ki, yalnız qazlı içkilər qəbul etməklə yaşayır. Bir litr qazlı içkini tez bir zamanda bitirdiyini deyən Ərdəşiri gündə 4 saata yaxın yatdığını və üç litr qazlı içki içdiyi söyləyib.

Murad Şahməmmədov