Atlantik və Sakit okeanlarda birləşən bu sular doğrudanmı bir-birinə qarışmır?
Dənizlərə və okeanlara baxdıqda, sanki hamısı bir suyun tərkib hissəsi kimi görünür. Amma bəzilərinin sərhədləri o qədər aydın çəkilib ki, onları görəndə fikirləşə bilərsən ki, bu sərhədə görə sular bir-birinə qarışmırmı?
Bir çayın şirin suyu duzlu okean suyu ilə qarşılaşdıqda yuxarıda şəkildə görünən xətt əmələ gətirdiyi kimi, okeanda müxtəlif temperaturlu sular da yarana bilir.
Xüsusilə, Atlantik və Sakit okeanın bu tip görüntüləri bir müddət internetdə yayılmışdı. Görünməz haşiyə ilə çəkilmiş xətt demək olar ki, iki okean suyunun bir-birinə qarışmasının qarşısını alırdı. Əslində suların qarışmaması Yerin fəlakətinin yaxınlaşması deməkdir.
Suların bir-birinə qarışmadığı görüntülər onu valeh etsə də, bu vəziyyət dünya üçün tam bir fəlakət deməkdir. Qlobal istiləşmə okeanları durğun edir. Bu suların qarışması qızdırılan səth sularını soyudan və Yerin temperaturunu nəzarətdə saxlayan həyati mexanizmlərdən biridir. Qarışıq olmayan sular isə qızır və isti su atmosferdən daha az karbon qazını udur.
Okean sularının bir-birinə qarışmaması su səthində daha çox karbon qazının toplanması deməkdir. Bu, atmosferdə karbon çirklənməsini artırır və daha çox qlobal istiləşməyə səbəb olur.
Dünya okeanlarının hər birinin fərqli adı olsa da, bütün sular bir kütlə halında axır.
Yəqin ki, internetdə Atlantik və Sakit Okeanın görüşmə nöqtəsi kimi tanınan “Drake Pass” olduğu deyilən o məşhur fotonu görmüsünüz. İki fərqli rəngli, lakin bir-birinə bitişik su hövzəsini göstərən bu fotoşəkil əslində ərimiş buzlaqlardan gələn yüngül, çöküntü şirin suyun Alyaska körfəzində tünd duzlu su ilə qarşılaşdığı anı əks etdirir. Qarışıq görünməsə də, cərəyanlar və dalğalar zamanla bu suları bir-birinə qarışdırır. Odur ki, Sakit və Atlantik sularının bir-birinə qarışmaması ilə bağlı məlumatlar təəssüf ki, həqiqəti əks etdirmir. Okeanoloq Professor Sally Warner deyir: "Bu məsələnin iki tərəfini nəzərə almalıyıq: səthdə nələr baş verir, insanlar bu dəyişən rəng və ya bulanıqlıq xətləri harada görürlər və səthin altında nə baş verir?"
Bu, göstərilən fotoşəkildə “Drake Pass” ola bilər lakin o, həm də Yer üzündə baş verən fərqli bir vəziyyəti təmsil edə bilər. Okean cəbhələri müxtəlif temperatur və duzluluğu olan nizamsız su yamaqlarıdır. Uzaqdan çayın suyu okeana qovuşduqda suyun qalan hissəsindən tamamilə fərqli görünür. Bu sular gec-tez birləşəcək və bu birləşmə bir neçə gün çəkə bilər onu izləmək olmur.
Bəli, Yerdəki digər sular, məsələn, Atlantik və Sakit Okeanlar bir-birinə qarışır lakin bu qarışma çox yavaş və müəyyən bölgələrdə baş verir. Bu bölgədə müxtəlif temperaturlu suların birləşməsi, belə bir xətti ortaya qoyur. Qeyd etmək lazımdır ki, iki fərqli su, Atlantik və Sakit okean öz xüsusiyyətləri və ekosistemləri ilə fərqli kütlələr kimi qalır. Çox yavaş inkişaf edən suların bu qarışığı əsasən təbii okean və atmosfer prosesləri ilə əlaqədardır. Yəni dünyada elə bir su hövzəsi yoxdur ki, bir-birinə qarışmasın, bir-birinə qarışmasa da, onların bir-birinə cazibəsi yavaş bir məcrada gedir.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











