Sol qulağımız xoş xəbərə daha çox reaksiya verir

Sol qulağımız xoş xəbərə daha çox reaksiya verir

23 May 2023 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Məlum olub ki, sol qulağımız xoş xəbər və gülüş kimi müsbət səslərə daha çox sinir reaksiyası verir. Lakin bunun səbəbi tam açıqlanmayıb. Alimlərin sağlam insanlar üzərində apardığı yeni bir araşdırma, insanların sol qulağının, sağ qulağından daha çox yaxşı xəbərə reaksiya verdiyini ortaya qoyub. Mütəxəssislər hələlik bunun səbəbini anlaya bilməyiblər, amma kimsə sizə yaxşı xəbər olduğunu desə, bu məqalədən sonra onu sol qulağınızda eşitmək istəyə bilərsiniz.

İsveçrədə xidmət edən Lozan Universiteti, Federal Texnologiya İnstitutu və Lozanna Universitet Xəstəxanasında aparılan araşdırmalar çərçivəsində gülüş və ya insanları sevindirəcək xəbər kimi müsbət səslərin qulaqlarımız tərəfindən necə qəbul edildiyi araşdırıldı. Araşdırmalara görə, sol qulaq müsbət səs eşitdiyi zaman çox yüksək səviyyədə sinir fəaliyyətini hazırlayır. Təbii ki, sağ qulaq da müsbət səsləri eşitdikdə sinir fəaliyyətini hazırlayır lakin hazırlıq səviyyəsi sol qulaqla müqayisədə kifayət qədər aşağı olur. Üstəlik, sol qulaq bunu yalnız yaxşı xəbərlər və müsbət səslər üçün edir. Tədqiqatda iştirakçılar həm xoş xəbər və gülüş kimi müsbət səsləri, həm də mənasız saitlər və qışqırıq kimi mənfi səsləri dinləyiblər. Bu nöqtədə, sol qulağın müsbət səslərə həddindən artıq reaksiya verdiyi və mənfi səslərdə normal səviyyədə sinir fəaliyyəti yaratdığı müəyyən edilmişdir. Beləliklə, sol qulaq yalnız xoş xəbər və ya müsbət səs zamanı həddindən artıq reaksiya verir. Onu da qeyd edim ki, araşdırma çərçivəsində insanlar sağdan, soldan və öndən gələn səsləri dinləyiblər.

Murad Şahməmmədov