Məhşur “Titanik” gəmisinin rəqəmsal real görüntüləri yaradılıb
Tədqiqatçılar dünyanın ən məşhur gəmisi olan “Titanik”in qalıqlarını görünməmiş şəkildə tədqiq etməyə imkan verən 3D modeli yaradıblar. Çox realist təbiəti ilə diqqət çəkən model, dağıntılardan çəkilmiş 700 min görüntü əsasında yaradılıb.
1912-ci ilin aprelində aysberqlə toqquşaraq Şimali Atlantik Okeanının dibinə qərq olan Titanik, şübhəsiz ki, dünya tarixinin ən məşhur gəmisidir. 1500-dən çox adamı basdıran gəmi ilə bağlı araşdırmalar hələ də davam edir. Bir neçə ay əvvəl gəminin batması ilə bağlı heç vaxt görülməmiş görüntülər paylaşılmışdı.
Bu gün gəminin batması ilə bağlı yeni bir araşdırma paylaşıldı. BBC-nin dərc etdiyi xəbərə görə, tədqiqatçılar gəminin qalıqlarının rəqəmsal versiyasını yaradaraq, gəmiyə görünməmiş bir görünüş təqdim ediblər. 3D model dağıntının 700 mindən çox təsvirindən istifadə edilərək yaradılıb. Layihə dərin sularda kəşfiyyat işləri ilə tanınan “Magellan Limited” və istehsal şirkəti “Atlantic Productions” ilə birgə həyata keçirilib. İki şirkətin tədqiqatçıları 2022-ci ilin yayında okeanın səthindən təxminən 3800 metr aşağıda yerləşən "Titanik"in 700 000-dən çox görüntüsünü çəkiblər. Bu şəkillər daha sonra gəminin 3D rəqəmsal surətini yaratmaq üçün istifadə edilib. Gəmi skan edildikdən sonra tədqiqatçılara 16 TB məlumat və 4K video qalıb. Bu məlumatlar üzərində aylarla aparılan əməliyyatlardan sonra 3D modelin videoları və fotoşəkilləri ortaya çıxdı. “Atlantic Productions” da prosesin sənədli filmini çəkdi.
Modeldə gəmidəki seriya nömrələrindən tutmuş açılmamış şampan şüşələrinə qədər bir çox detallar var. Mütəxəssislər bildirirlər ki, bu araşdırma “Titanik” gəmisinin batması ilə bağlı tarixçilərə və mühəndislərə daha çox məlumat verə bilər.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











