Bütün dünya qaranlığa qərq ola bilər
Son günlərdə baş verən günəş fırtınalarını araşdıran NASA, ölümcül gücə malik bir günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə biləcəyini bildirib. Bir müddətdir günəş fırtınalarını araşdıran Amerika Kosmos və Aviasiya Bazası (NASA), bütün dünyanı qaranlığa qərq edə biləcək fırtınalarla bağlı diqqətçəkən bir qərar verib. NASA-nın məlumatına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Astronomlar aprelin 24-də Günəşin səthində partlayış müşahidə etmişdilər. Sözügedən partlayış bu gün Yer kürəsini vurmağa hazırlaşan milyardlarla ton plazmanı buraxıb. Tac kütləsinin atılması kimi tanınan püskürmə Günəşin cənub-qərb hissəsindən atılıb və güclü günəş küləklərinin köməyi ilə plazmanı Yerə doğru yaxınlaşdırıb. Avropa Kosmik Agentliyinin aşkar etdiyi hadisədə bu zərrəciklərə heç nə edilə bilməyəcəyi və onların Yer kürəsinə düşüb-düşməməsinin yalnız tale olduğuna diqqət çəkilib.
Mütəxəssislərin hesabatlarına görə, hissəciklər Yer kürəsinin ətrafında fırlanan peykləri poza bilər və ehtimal 50 faiz civarındadır. Eyni zamanda, mütəxəssislər elektrik enerjisinin kəsilməsi ehtimalının olduğunu diqqətə çatdırıblar. Bundan əlavə, sözügedən axın Yerdəki bir çox texnoloji cihazı sıradan çıxara bilən radiasiya ehtiva edir. Günəş küləklərinin Yerin maqnitosferini sarsıdan təsiri də məlumdur. Təcrübəli geotermal fırtınalar orbitdəki peykləri poza bilər. Son aylarda çoxlu günəş partlaması baş verib. Bu səbəbdən Yer kürəsinin böyük ehtimalla geomaqnit qasırğası ilə üzləşəcəyi düşünülür. Elm adamları isə bu partlayışlara görə Karrinqton hadisəsini xatırladılar. 1859-cu ildəki bu püskürmə indiyə qədər qeydə alınan ən böyük günəş fırtınası kimi tanınır. Nəhəng günəş fırtınası Parisdən Bostona kimi elektrik enerjisinin kəsilməsinə səbəb olub. Son aylarda Hindistan Kosmos Elmləri Mərkəzi bildirib ki, ekvatorial tac dəliyindən keçə bilən günəş küləyinin, Yerin maqnitosferi ilə qarşılıqlı təsir nəticəsində dəhşət yarana bilər. Korona kütlə ventilyasiyası Günəş atmosferindən atılan yüklü hissəciklərin partlamasıdır. Bu hissəciklər Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olarkən nəfəs kəsən görüntülər yaradır.
Mütəxəssislər pozulmalar səbəbiylə dünyanın qaranlığa qərq ola biləcəyinə diqqət çəkib. Həmçinin, bu maqnit pozuntuları çox qeyri-sabit vəziyyətdədir. Buna görə də problemlər günlərlə, hətta həftələrlə davam edə bilər.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











