Yüzlərlə mübahisəli daş-qaş 201 milyon ABŞ dollarına satıldı
Keçən il vəfat edən avstriyalı milyarder Haydi Hortenə məxsus yüzlərlə mübahisəli daş-qaş 201 milyon ABŞ dollarına satılaraq, hərracda əl dəyişdirən şəxsin ən bahalı zərgərlik kolleksiyasına daxil oldu. Zərgərlik kolleksiyası rekordu əvvəllər Elizabet Teylorda idi. Teylorun kolleksiyası 2011-ci ildə Nyu-Yorkda keçirilən hərracda 116 milyon dollara satılıb.
Ötən həftə İsveçrənin Cenevrə şəhərində baş tutan iki günlük satış bazar ertəsi günü başa çatan onlayn hərracla müşayiət olundu. Noyabr ayında daha bir onlayn hərrac keçiriləcək. Hortenin kolleksiyasına 700-dən çox ləl-cəvahirat daxildir ki, bunun da ilkin olaraq 150 milyon dollardan çox olan hissəsinin satılacağı təxmin edilir.
Keçən həftə keçirilən hərrac yəhudi qruplarının Hortenin sərvətinin mənbəyi ilə bağlı ifadə etdiyi narahatlıqlara baxmayaraq davam etdi. Alman iş adamı Hortenin nasist dövründə təhdid altında satılan yəhudi müəssisələrini aldığı iddia edilib. Amerika Yəhudi Komitəsi Hortenin sərvətinin mənbəyinin araşdırılması ilə bağlı olaraq hərracın dayandırılmasına çağırış edib.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











