74 gün su altında yaşayaraq rekord qıran insan
Cozef Dituri 74 gün su altında yaşadı və hər saniyə rekordunu qırmağa davam edir. 100 gün su altında yaşamağı hədəfləyən Dituri orada kiçik bir otaqda yaşayır. Keçən gün su altında həyatının 73-cü gününü tamamlayan Cozef Dituridən yeni xəbər gəlib. ABŞ Hərbi Dəniz Qüvvələrində Cozef Diturini su altında ən uzun müddət yaşayan insan rekordunun sahibi kimi tanıyıblar. Dituri 74 gündən çoxdur ki, su altında kiçik otaqda yaşayır.
Diturinin rekordçusu Florida ştatının Key Larqo şəhərində, təxminən 9 metr dərinlikdə yerləşən göldə yaşayır. Dituri hələ də yaşadığı yeri tərk etməyib və hədəfi 100 gündür.
İyunun 9-na kimi qalmağı planlaşdıran Dituri bu məqsədinə çatarsa, 100 günlə su altında yaşama rekordunu qıracaq və qarşısına aşması çətin olan yeni bir məqsəd qoyacaq.
Diturinin su altında yaşamasının səbəbi "Project Neptun 100" adlı araşdırmadır. Dəniz Resurslarının İnkişafı Fondu tərəfindən həyata keçirilən tədqiqat insan psixologiyasını və bədənin uzunmüddətli əlavə təzyiqə reaksiyasını ölçür. Diturinin yaşayış yerində kompüter, telefon və mikrodalğalı soba var. O, yumurta və qızılbalıq kimi zülalla zəngin qidalarla qidalanır. Diturinin ən çox darıxdığı şey günəş işığıdır. Ən uzun sualtı həyat rekordu 73 gün 2 saat 34 dəqiqə ilə Bruce Cantrell və Jessica Fain-ə məxsusdur.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











