Reklamlara baxmaq üçün pulsuz televizor veriləcək
“Pluto TV”-nin yaradıcısının yeni layihəsi pulsuz televizor vermək və insanları reklamlara baxmağa məcbur etmək məqsədi daşıyır. Üstəlik, televizor bildiyimiz televizorlardan olmayacaq. Təkcə televiziya kanallarımızda deyil, oynadığımız oyunlarda da reklam var. Üstəlik, “Netflix” şirkəti hətta bir dəfə ödəniş ödəyərək, üzərində reklamlara baxmağa imkan verən aşağı qiymətli bir paket də buraxıb. Bütün bu yeni reklam sahələrini nəzərə alsaq, televiziya yayımı reklamında gələcək görməyə bilərsiniz. Amma bir şirkətin nümunə layihəsi ilə bu şübhə aradan qalxacaq. Artıq reklam yayımlanmayacaq, televizoraların özləri reklam üçün pulsuz veriləcək.
Təbii ki, ekranda reklamlarla yanaşı funksional xüsusiyyətlər də olacaq. Məsələn, idman verilişlərində hesabı göstərəcək, havanı təqdim edəcək, birjanı göstərəcək, xəbər başlıqlarını əks etdirəcək. Ana ekrana qayıtdığımız zaman isə 55 düymlük 4K televizor kimi görünəcək. İstifadəçilər adi televizorlar kimi bu ekranda istədiklərini izləyə biləcəklər. Cihaz "TellyOS" adlı əməliyyat sisteminə sahib olacaq. Şirkət bildirir ki, əvvəlcə buradakı link vasitəsilə 500 min pulsuz Telly TV sifarişi vermək olar. Onların ilk çatdırılması yayda həyata keçiriləcək.
Sonda onu da əlavə edək ki, Telly TV-də hərəkəti izləyə bilən fitnes proqramı da olacaq.
Murad Şahməmmədov








































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















