Kosmosda evlənmək və toyda iştirak etmək istəyirsənsə, 125 min dollar ödəməlisən
Kosmosda evlənmək istəyirsən? “Space Perspective” adlı şirkət cütlüklərin kosmosda evlənməsinə imkan verəcək uçuşlar edəcəklərini açıqlayıb. Nəhəng bir şarla uçuşlar üçün 125 min dollar ödəyən cütlüklər yerin atmosferi sərhədlərində evlənə biləcəklər. “Space Perspective”-nin həmtəsisçisi Ceyn Poynter, cütlüklərə fürsət verəcək tədbir üçün randevu siyahısının olduğunu söyləyib. 125.000 dollara kosmosda evlənmək üçün, 2024-cü ilin sonuna qədər bütün sifarişlər doludur. Xatırladaq ki, evlənən çütlüklərin adına kosmos balonu atmosferin hüdudlarına qaldırılacaq. Baş ofisi ABŞ-ın Arizona ştatında yerləşən şirkət rəsmiləri Neptunun kosmos şarının başqa bir xüsusiyyətinə diqqət çəkib. Məlumata görə Neptunun pəncərələri kosmosda səyahət edən nəqliyyat vasitələri arasında ən böyük pəncərəli gəmi olacaq. Şirkətin saytında verilən məlumata görə, toya dəvət alan və adını rezervasiya siyahısına yazdırmaq istəyənlər 2024-cü ilin sonuna qədər gözləməli və ən az 125 min dollar ödəməli olacaqlar.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











