Yalnız iki ailədə qəribə bir şəkildə tapılan qan qrupu haqqında

Yalnız iki ailədə qəribə bir şəkildə tapılan qan qrupu haqqında

16 May 2023 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Hər kəsdən qan qrupu haqqında soruşsaq, A, B, AB və ya 0 adlarını eşitmək və bu qrupların mənfi və ya müsbət olub-olmaması ilə kifayət qədər tanış olduğunuzu deyərsiniz. Ancaq bunlar yalnız ən ümumi kateqoriyalardır. Bəs digərləri?

Qan qrupumuzda müxtəlif antigenlərin olub-olmaması ilə təyin olunan qan qrupları əslində olduqca mürəkkəb və sirli bir mövzudur. Təxminən 30 il əvvəl gözlənilmədən kəşf edilən qan qrupu, daha əvvəl heç eşitmədiyimiz qan qruplarının da mövcud ola biləcəyini ortaya qoyur.

"Sara" adlı bu qan qrupunun yaranma hekayəsini öyrənəndə çox təəccüblənəcəksiniz.

Qan qruplarında, qırmızı qan hüceyrələrimizdə tapıla bilən yüzlərlə müxtəlif antigen var və bu antigenlər qrupların adlarının müəyyən edilməsində rol oynayır.

Əgər bədənimizdəki qanda nadir antigen varsa və bu antigenə malik olmayan hər hansı qrupa aid olan qan xəstənin orqanizminə ötürülürsə, bu köçürülən qan təbii olaraq orqanizmdə yad maddə kimi qəbul edilərək müxtəlif reaksiyalara səbəb olur.

Məsələn, 1990-cı illərdə tədqiqatçılar təsadüfən Sara adlı gənc qızın qanını analiz etmiş və qanda müxtəlif reaksiyalarla qarşılaşmışlar.

Ətraflı araşdırmalardan sonra Saranın qırmızı qan hüceyrələrində daha əvvəl heç vaxt görülməmiş yeni bir antigen aşkar edildi. Bu, qırmızı qan hüceyrələrinin səthindəki əsas zülallardan biri olan qlikoforin A-nı kodlayan gənc qızın DNT ardıcıllığında tək nukleotidin dəyişməsi ilə baş verdi.

Daha sonra tədqiqatçılar gənc qızın valideynlərinin və sağ qalan bütün qohumlarının qanını təhlil etməyə başlayıblar. Saradakı bu antigenlər ailənin qanında da tapılmış və bu qan qrupu Saranın adı ilə "Sara" adlandırılmışdır.

Bu unikal qanı donduran və saxlayan tədqiqatçılar Sara və ailəsinin bu misli görünməmiş hadisəsini "ailə qan qrupu" adlandırıblar.

Bu hadisədən təxminən 10-15 il sonra kanadalı ana doğuş zamanı həddindən artıq miqdarda qan itirmiş və qan tədarükünü təmin etmək üçün ana və körpəyə bəzi analizlər tətbiq edilmişdir.

Körpədə qan uyğunsuzluğu olduğu təsbit edilib və bu vəziyyət ətraflı təhlil edilməyə başlanıb. Ananın plazması 50-dən çox nadir panelə qarşı sınaqdan keçirildi və bu qan yalnız Sara qan qrupuna aid hüceyrələrlə reaksiya verdi.

Test nəticələri ana qanında anti-Sara antikorlarının olduğunu göstərdi və ananın Sara mənfi olduğu ortaya çıxdı. Beləliklə, bu antikorlar körpənin Sara müsbət hüceyrələrinə hücum etdi.

Beləliklə, Sara qan qrupu artıq Beynəlxalq Qanköçürmə Assosiasiyası tərəfindən rəsmi olaraq tanınır.

Xülasə təəccüblüdür ki, müxtəlif qitələrdə yaşayan 2 nəfər və onların ailələri əsasında fərqli bir qan qrupu kəşf edildi və bu qan qrupu dünyada yalnız iki ailəyə xas olaraq tarixə düşdü.

Murad Şahməmmədov