“GTA 6” xəritəsi həyəcan yaratdı

“GTA 6” xəritəsi həyəcan yaratdı

15 May 2023 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Sızdırılan “GTA 6” oyun xəritəsi son günlər sosial mediada böyük marağa səbəb olub. Ancaq diqqətlə araşdırdıqda bu xəritənin saxta ola biləcəyi məlum olur.

Oyun dünyasının ən uğurlu seriyalarından biri olan “Grand Theft Auto” və ya daha çox bilindiyi kimi “GTA”, çoxdan gözlənilən altıncı oyun versiyası ilə geri dönür. Uzun müddətdir gündəmdə olan “Grand Theft Auto 6”, son vaxtlar rəsmiləşib. Ancaq bu günə qədər oyundan çox az şey paylaşılıb. Bu, “GTA 6”-nı səbirsizliklə gözləyən oyunçuların oyun haqqında məlumat almaq üçün sızıntılara etibar etməsinə səbəb oldu. Əslində müxtəlif sızıntılar sayəsində oyunla bağlı mühüm məlumatlar üzə çıxdı.

“GTA 6”-nın sızdırılmış xəritəsi son günlər sosial medianın gündəmini zəbt edib. Maraqla gözlənilən yeni “GTA” oyununun xəritəsi ilə bağlı mühüm təfərrüatlar üçün üstəlik yeni oyunun xəritəsinin “GTA 5”-in xəritəsindən iki qat böyük olacağını göstərən bu xəritə sosial mediada böyük maraq gördü. Lakin bu sızıntını daha yaxından araşdırıldıqda məlum oldu ki, bu xəritə real olmaya bilər. Üstəlik bu xəritənin, keçən ilin sentyabr ayında baş verən və sonradan ortaya çıxan xəritə ilə ziddiyyəti haqqında da bir sızma var. Sentyabr ayında baş verən bu böyük sızıntının həqiqiliyi böyük ölçüdə təsdiqləndiyi üçün bu, bu xəritənin həqiqiliyinə şübhə yaradan ikinci vacib detaldır.

Təbii ki, sonda bu “GTA 6” xəritəsi gerçəkləşə bilər. Ancaq hazırda əlimizdə olan məlumatlara nəzər saldıqda, onun realdan çox saxta olduğu görünür.

Murad Şahməmmədov