Süni intellektin atası istefa verdi! "İnsanlığı dəhşətli şeylər gözləyir!"
Google-da çalışan və "süni intellektin atası" kimi tanınan Geoffrey Hinton açıqlaması ilə gündəm olub. Süni intellektlə işləyən proqramların potensial təhlükələrindən danışan Hinton işindən peşman olduğunu bildirib.
"Süni intellektin atası" olaraq xarakterizə edilən 75 yaşlı Geoffrey Hinton, süni intellekt sahəsindəki inkişafın "dəhşətli" olduğunu və bu sahədəki işindən peşman olduğunu deyərək, Google-dan istefa verdiyini açıqlayıb. BBC-nin xəbərinə görə, "New York Times"a açıqlama verən Hinton, "Bu sahədəki inkişaflardan qaynaqlanan potensial təhlükələr səbəbiylə süni intellektlə bağlı işimdən peşmanam" deyərək Google-dakı vəzifəsindən istefa verib.
Süni intellektli “chatbotların” hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrinin bəzilərinin olduqca qorxulu olduğunu ifadə edən Hinton, onların yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi qənaətində olduğunu ifadə edib.
“Çhatbotun” tezliklə insan beyninin sahib olduğu bilik səviyyəsini keçə biləcəyinə diqqət çəkən Hinton, “Hazırda gördüyümüz odur ki, “GPT-4” sahib olduğu ümumi məlumatın miqdarı baxımından insanı üstələyir, genişlənir. Bu əsaslandırma baxımından o qədər də yaxşı deyil. Amma o, sadə mülahizə apara bilir" deyə sözlərinə əlavə edib.
Prosesin irəliləyiş tempini nəzərə alaraq, kifayət qədər sürətlə inkişaf gözlədiyini qeyd edən Hinton, bu səbəbdən narahat olmaq lazım olduğunu bildirib. Hinton, süni intellektin zərərli məqsədlər üçün istifadə potensialına da toxunaraq, bunun "kabus ssenarisi" olacağını qeyd edib.
Süni intellektin “Daha çox güc əldə etməliyəm” kimi potensial təhlükə olduğu xəbərdarlığını edən Hinton, “İnkişaf etdiyimiz zəka tipinin sahib olduğumuz zəkadan çox fərqli olduğu qənaətinə gəlmişəm” deyə bildirib.
Hinton, "Biz bioloji sistemlərik, bunlar rəqəmsal sistemlərdir. Rəqəmsal sistemlərlə bioloji sistemlər arasındakı ən böyük fərq, sahib olduqları məlumatları başqa platforma və ya robota köçürə bilmələridir" deyib.
Google-ın süni intellekt bölməsinin rəhbəri Jeff Dean Hintonun istefası ilə bağlı verdiyi açıqlamada, "Biz süni intellektə məsuliyyətlə yanaşmağa davam edirik. Biz yaranan riskləri anlamağa çalışarkən daim yeniliklər edirik" kimi ifadələrdən istifadə etmişdir.
Xatırladaq ki, Hintonun dərin öyrənmə və süni neyron şəbəkələri üzrə qabaqcıl tədqiqatı “ChatGPT” kimi mövcud süni intellekt sistemləri üçün yeni yollar açmaqdadır.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











