Avtomobili pis idarə etməyinizə səbəb valideynləriniz ola bilər
Aparılan araşdırma nəticəsində məlum olub ki, pis sürücülük valideynlərdən qaynaqlana bilər. Araşdırmaya görə, valideynləri məsuliyyətsiz sürücü olan insanların əhəmiyyətli bir hissəsi də oxşar vərdişlər nümayiş etdirir. Demək olar ki, hər kəs ətrafında “pis sürücü” kimi təsvir edilə bilən insanlarla rastlaşıb. Bu vəziyyət nəqliyyatda bəzi arzuolunmaz nəticələrə səbəb olur. Yaxşı, heç düşünmüsünüzmü ki, insan niyə pis sürücü olur?
Səbəblər arasında təcrübəsizlik və ya diqqətsizlik kimi şeylər göstərilsə də, yeni bir araşdırma bu mövzuda çox maraqlı bir faktorun təsirli ola biləcəyini ortaya qoyur. “Scrap Car Comparison”-un İngiltərədəki araşdırmasına görə, insanların avtomobil idarə etməkdə yaxşı olmaması irsi ola bilər. Pis sürücü olan valideynlər övladlarının da belə olmasına səbəb ola bilər.
1000 müxtəlif sürücü üzərində aparılan araşdırma göstərdi ki, valideynlərimizin pis sürücülük vərdişləri bizə təsir edə bilər. Sorğunun nəticələrində məlum olub ki, son on ildə yol hərəkəti qaydalarını pozan sürücülərin 66 faizinin ailəsində də oxşar problemlər olub. Onu da əlavə edək ki, araşdırmada iştirak edən hər kəsin ailəsi yol hərəkəti qaydalarının pozulmasından xəbərdardır.
Digər tərəfdən, valideynləri pis avtomobil idarə edən sürücülərin cərimə balı yüksək olduğu halda, ailəsi belə olmayanların sürücülük vəsiqəsi təmizdir. Valideynləri pis sürücü olanların demək olar ki, yarısı son onillikdə yol hərəkəti biletinə sahib idi, digərləri üçün bu rəqəm cəmi 14% idi. Araşdırma valideyn davranışının insanlar üzərində nə qədər təsirli ola biləcəyini bir daha ortaya qoydu.
Araşdırmaya görə, sürət həddini aşmaq və yol qəzəbi valideynlərdən ən çox ötürülən davranışlardır. Valideyn davranışlarından hansının uşaqlara daha çox ötürüldüyü də araşdırılıb. Buna əsasən, həddindən artıq sürət və yol hərəkətində aqressiv və hirsli davranışlar ən çox görülən ailə davranışlarıdır. İştirakçıların müvafiq olaraq 55%-i və 49%-i bu vərdişləri valideynlərindən aldığını bildirib. Digərləri isə ailələrindən zəif məlumatlılıq, ehtiyatsız parklama və təhlükəli sürücülük kimi şeylər öyrəndiklərini söyləyiblər. Yalnız 10%-i sürət həddinin altında maşın sürmək kimi məsuliyyətli davranışları valideynlərindən aldığını bildirib. Respondentlərin yarıdan çoxu valideynlərindən daha yaxşı sürücü olduqlarını da əlavə ediblər.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











