Niyə əksər qutularda 20 ədəd siqater təklif olunur və bu rəqəmin sirri nədir?
Tütün sortlarını və coğrafi fərqləri nəzərə alsaq, əksər siqaret qutularının içərisində 10, 20, 30, hətta 40 ədəd siqaret olduğunu görmək mümkündür. Halbuki ümumi şəkildə baxdığımızda, bir çox ölkələrdə bu paketlərdə 20 ədəd siqater təklif olunur. Yaxşı, bu paketlərdə niyə 20 ədəd siqaret olduğunu heç düşünmüsünüzmü?
İlk növbədə, bu 20 rəqəminin səbəbi nə ola bilər?
Bunun təsadüfi müəyyən edildiyini və ya istifadənin asanlığına görə kiçik miqdarlarla məhdudlaşdığını düşünə bilərsiniz, lakin daha çox şey var.
Bu rəqəmin sirri nədir?
Əslində 1 siqaretdən aldığımız nikotin, bədənimizdəki nikotin reseptorlarını doldurmağa, daha dəqiq desək, bizi qane etməyə kifayət edir. Bu reseptorlar dolduğunda, daha çox qəbul etdiyimiz nikotin xoş təsir bağışlamır.
Bir siqareti çəkib bitirdikdən sonra, digəri üçün müəyyən vaxt keçməlidir. Bunun səbəbi, nikotin reseptorlarının yenidən həssaslaşması və başqa bir siqaretə ehtiyac duymamız üçün orta hesabla 45 dəqiqə vaxtın keçməsinə görədir. Bir qutu siqaret çəkən adamın orta hesabla 8 saat yatdığını və gündə 16 saat oyaq qaldığını fərz etsək, o adam orta hesabla hər 45 dəqiqədə bir siqaret çəkəcək və gündə 20 siqaretə ehtiyac duyacaq. Bu məntiqi nəzərə alsaq, paketlərin 20 siqaretdən ibarət olması ağlabatan görünür.
Bəs bir qutuda 25 siqaret olsaydı nə olardı?
Kanadada 252 nəfər üzərində aparılan araşdırmada mütəxəssislər siqaret qutularının ölçüsünün insanların gün ərzində çəkdikləri siqaret miqdarını dəyişib-dəyişdirməyəcəyi müəyyən etməyə çalışıblar. Hər bir iştirakçıya 14 gün ərzində 20, növbəti 14 gün ərzində isə 25-lik paketlər təqdim edilib. Bu 28 günlük müddətin sonunda siqaret çəkənlər gündə 25 siqaret olduğunu bildikdə daha çox siqaret çəkdiklərini bildiriblər. Hansı ki, 20 paket olanda daha az istehlak edirlər.
Bundan əlavə, iştirakçıların əksəriyyəti 25-lik paketə üstünlük verib. Daha çox istehlak edə bildikləri üçün yenisini almağa az səy göstəriblər və psixoloji mənada pullarının dəyərində daha səmərəli əldə etdiklərini düşünüblər. Qida araşdırmaları göstərir ki, daha kiçik qablaşdırma ölçüləri insanların istehlak miqdarına birbaşa nisbətdə təsir edir və azalma meylinə səbəb olur.
Bu mənada tədqiqatçılar deyirlər ki, kiçik paketlər istehlakı azalda bilər, çünki yeni paket almaq səy tələb edir və insanlar əvvəlcədən müəyyən edilmiş vaxt ərzində müəyyən sayda vahid istehlak etməyə meyllidirlər. Xülasə, mövzu ilə bağlı araşdırmalar insanların daha böyük paketləri olanda daha çox siqaret çəkdiyini təsdiqləyir.
Bundan əlavə siqaret şirkətləri və istehlakçılar üçün hər zaman yanlarında gəzdirdikləri bu bağlamaların hər yerə sığması və rahat daşına bilməsi çox önəmlidir. Əgər paketdəki siqaretlərin sayı artsaydı, həcmi və kütləsi düz mütənasib olaraq artacaq və bu da müəyyən narazılığa səbəb olacaqdı.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











