1,5 milyon şarın eyni anda səmaya buraxılması zamanı baş verən fəlakətin inanılmaz hekayəsi
Şarlar çoxumuz üçün bayramın simvoludur. Lakin 1986-cı ildə ABŞ-ın Klivlend şəhərində keçirilən bayram şənliyindən sonra baş verənlər şarların göründüyü qədər rəngli olmadığını ortaya qoyudu. Rekord qırmağa çalışarkən fəlakətə çevrilən şar festivalının hekayəsi ilə Sizi də tanış etmək qərarına gəldim.
1986-cı il idi, Klivlend yenidən inkişaf etməyə başlamışdı və bütün dünyaya “məhv deyilik, yüksəlirik, xoşbəxtik” imicini verməli bir şəhərə çevrilmişdi. Bu səbəbdən səlahiyyətlilər həm yardımları, həm də şəhərin vəziyyətini bütün dünyaya nümayiş etdirəcək bir tədbir təşkil etmək qərarına gəlidilər. Tədbirlə bağlı müzakirələr aparılarkən xeyriyyə təşkilatlarından biri olan "United Way of Cleveland" çox maraqlı bir fikir irəli sürdü.
Təşkilat həm uşaqları sevindirəcək, həm də şəhərdəki hər kəsi bir araya gətirəcək bir tədbir planlaşdırmışdı. Əslində o qədər iddialı idilər ki, sonu fəlakətlə bitəcəyini bilmədikləri bu hadisə ilə hətta "Ginnesin Rekordlar" Kitabına düşəcəkdilər. Bəs bu hadisə nə idi, əvvəl və sonra nələr oldu?
Planlara görə, şəhərdə minlərlə könüllü meydana toplaşaraq birlikdə şarları şişirdəcəkdi.
Bəli, səhv oxumamısınız. Hər yaşda olan insanlar oturub balonları helium qazı ilə doldururmalı idilər. Məqsəd eyni anda səmaya 1,5 milyon şar buraxmaq idi.
Günlər öncədən işlərə başlanılmışıdı və tədbirlə bağlı elanlar verilmışdi. Sentyabrın 26-da, tədbirdən bir gün əvvəl könüllülər şəhər meydanına toplaşdılar. Balonlar helium qazı ilə doldurulacağı üçün onların uçmaması üçün meydandakı binanın üzərinə nəhəng tor qoyulmışdu.
Ertəsi gün səma rəngarəng rəngə boyanacaqdı. Eyni zamanda hədəfə görə şarlar gölə doğru uçacaq və parçalana bilən quruluşa malik olduqları üçün partlayanda geniş əraziyə yayılmayacaqlar.
Lakin gözlənilməz inkişaf baş verib və hər gün günəşli olacağı gözlənilən hava şəraiti sentyabrın 26-dan 27-nə keçən gecə saatlarından pisləşməyə başlayıb. Hətta o qədər pisləşdi ki, fırtına ilə güclü yağış yağmağa başladı.
Bəzi rəsmilər tədbirin başqa günə təxirə salınmasını istəsələr də, təşkilatçılar onu ləğv etmək əvəzinə daha erkən saatlara keçirmək qərarına gəliblər. Saat 14:00-a qədər bütün şarlar şişirildi və böyük izdiham meydanı doldurdu.
O an gəldi... Torun açılması ilə 1,5 milyon şar səmaya doğru üzməyə başladı.
Heliumun təsiri ilə balonların 10 kilometrə qədər müəyyən bir ərazidə uçması gözlənilirdi. Lakin əlverişsiz hava şəraitinə şiddətli külək və yağış əlavə edildikdə, şarlar öz istiqamətlərini itirərək daha aşağı uçmağa başladılar.
Klivlenddə 1,5 milyon şar var idi. Göydə olması lazım olan şarlar yollara, binalara yayıldı və tezliklə fəlakətin ilk xəbəri gəldi.
Yollara yayılan şarlar o qədər aşağı düşüb ki, sürücülərin görmə qabiliyyətini minimuma endirib. Sonra bütün şəhərdə yol qəzaları baş verdi.
"Burke Lakefront" hava limanı yavaş-yavaş düşən nəhəng helium damcıları ilə hərəkət etməyə çalışarkən, uçuş-enmə zolağındakı şarlar səbəbindən yarım saat bağlanmaq məcburiyyətində qalıb.
Balonların yayıldığı ərazi o qədər böyük idi ki, hətta şəhərin o tayındakı at fermasına da çatırdı...
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











