Marsda sümük kimi qəribə bir cism aşkar edilib
NASA-nın “Curiosity” kosmik kəşfiyyat gəmisi, Marsda sümükə bənzər qəribə cism aşkar edib. NASA-nın Mars Elm Laboratoriyası missiyasının bir hissəsi olaraq, avtomobil ölçülü kosmik kəşfiyyat gəmisi olan “Curiosity” 2012-ci ildən Marsdakı “Gale” kraterini tədqiq etmək üçün qırmızı planetdədir.
Kəşfiyyat gəmisinin missiyalarına Marsın iqlimi və geologiyasını öyrənmək, Marsda əvvəlki həyat və su sığınacağı olub-olmadığını araşdırmaq, planetlərin məskunlaşmasını və gələcəkdə humanoid kəşfiyyatının mümkün olub-olmadığını araşdırmaq daxildir. NASA-nın “Curiosity” kəşfiyyat gəmisi Marsda sümükə bənzər qəribə cism aşkar edib. Avtomobil ölçülü robot tərəfindən çəkilmiş görüntülərdə 154 km uzunluğundakı “Gale” kraterinin dibində uzanan qayadan mismar kimi çıxan strukturlar görünür. Bəzi ekspertlər bu quruluşu balıq sümüyünə və ya küknar ağacının budağına bənzədir və bunun Yer üzündə "təbii qaya kimi əmələ gəlməsinin çətin olacağını" deyirlər.
“Gale” kraterinin yaşı 3,5 ilə 3,8 milyard il arasında olan qurumuş bir göl olduğu düşünülür.
Astrobioloq Nathalie Cabrol Twitter-də bu barədə belə paylaşıb: "Marsı kəşf etdiyim 20 il ərzində bu, gördüyüm ən qəribə qayadır" deyərək şərh verib.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











