Soyuq iqlimdə yaşamaq ömrü uzadır
Məlum olub ki, soyuq iqlimdə yaşamaq ömrü uzadır və qocalıqla bağlı xəstəliklərin qarşısının alınmasında birbaşa təsirlidir. Elm adamları bu təsirləri araşdıraraq, iqlimdən asılı olmayaraq daha sağlam yaşlanma üçün çarə axtarırlar. Çoxumuz soyuq yerdə yaşamaqdansa isti qalmağa üstünlük veririk. Bu gün Sizə daha aşağı temperaturda yaşamanın daha da uzun ömür və ya sağlam qocalığa səbəb olması haqqında məlumat verəcəyəm. Almaniyanın Köln Universitetinin yeni araşdırması bunun mümkün ola biləcəyini göstərir.
Alimlər soyuqluğun genetik təsirini anlamaq üçün (C.elegans) tipli qurdlar üzərində araşdırma aparıblar. Xüsusilə (C.elegans) qurdlarının insanlarla çoxlu genetik oxşarlıqları var. Bu səbəbdən alimlər genetik tədqiqatlar zamanı tez-tez qurdlardan istifadə edirlər. Soyuqluğun uzunömürlülük və daha sağlam qocalığa təsir etdiyi də çoxdan məlumdur. Ancaq bunun səbəbləri ilə bağlı cavabsız qalan onlarla suallar var. Aşağı temperatur yaşlılarda xəstəliklərə səbəb olan pis zülalların yığılmasının qarşısını alır. Bu tədqiqatın aparılması zamanı insanlarda aşkar edilən (PA28γ/PSME3) proteazom aktivatorunun ekvivalentindən və (C.elegans) qurdlarında deqradasiyaya uğrayan protein tullantılarından istifadə edilmişdir. Temperaturun bir qədər azalmasının aktivatorun işləməsi və zərərli zülalların yığılmasının qarşısını almaq üçün kifayət olduğu müəyyən edilmişdir.
Daha da əhəmiyyətlisi, elm adamları proteazom fəaliyyətinin gen mühəndisliyi ilə əldə edilə biləcəyini kəşf ediblər. Yəni kondisioneri daimi işlədib əlavə sərinləməyə, işıq pulunu artırmağa ehtiyac yoxdur. Çünki bu mövzuda araşdırmalar davam edərsə, bədən istiliyini aşağı salmadan pis zülalların yığılmasının qarşısını ala biləcək müalicələrin mümkün olduğu görülmüşdür.
Zərərli protein nədir?
Zərərli zülal ifadəsi çoxumuz üçün mənasız ola bilər, gəlin dərhal izah edək. Daha çox irəli yaşlarda baş verən Alzheimer və Parkinson kimi xəstəliklər əsasən bu pis zülalların yığılması nəticəsində əmələ gəlir. Məsələn, Alzheimer əsasən amiloid beta və tau zülallarının sinir hüceyrələri arasındakı sinaptik boşluqlarda və beyindəki boşluqlarda toplanması nəticəsində baş verir. Xəstəliyə səbəb olan bu zülallara adətən pis zülallar da deyilir.
Bəs bu araşdırma nə edəcək?
Təsəvvür edə bildiyiniz kimi, bu tədqiqat birbaşa Alzheimer və ya oxşar xəstəliklər üçün daimi müalicəni aşkar etməyəcək. Bununla belə, o, həm qocalma ilə əlaqəli xəstəliklərin müalicəsi üçün vacib tapıntıları ortaya qoyur. Bu araşdırmanın nəticələri yalnız xəstəliklərin müalicəsi və qarşısının alınmasına imkan verə bilər. Təbii ki, yaşla bağlı xəstəliklərin aradan qaldırılması həm xəstəliklərə xərclənən milyardlarla dollara qənaət edə, həm də cəmiyyətlərin orta rifahını yüksəldə bilər.
Xülasə elmi tapıntılar sübut edir ki, soyuq iqlimdə yaşamaq ömrü uzadır və isti iqlimdə yaşamaqdan daha sağlam qocalma dövrü ilə əlaqələndirilir. Beləliklə, Sibirdə yaşayan birinin Ekvadorda yaşayan hər kəsdən daha uzun ömürlü və daha sağlam ağsaqqal olmasını gözləyə bilərik. Ancaq elm adamları bu tapıntılar üzərində apardıqları araşdırmalarla bütün insanları soyuq bir iqlimə köçürməyi deyil, harada yaşamasından asılı olmayaraq eyni dərəcədə sağlam olmağı hədəfləyirlər.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











