21 kilometr uzunluğunda əsas tunel: Unudulmuş sürətləndirici hissəciklərin faciəli layihəsi
1983-cü ildə başlayan sovet layihəsi Sovetlərə dövrünün ən güclü hissəcik sürətləndiricisinə sahib olmağa imkan verəcəkdi. Bəs niyə bu layihə reallığa çevrilmədi?
Ümit Qılıncın araşdırmasına görə Sovet, Avropa və Amerika alimləri keçmişdə daha güclü hissəcik sürətləndiriciləri yaratmaq üçün yarışdılar. Quraşdırılan bu sürətləndiricilər nüvə və hissəciklər fizikasında mühüm işlərə imkan verəcəkdi. Sürətləndiricilər hissəcikləri çox yüksək sürət və enerjiyə qədər sürətləndirir, onların bir-biri ilə toqquşmasını təmin edir; elmin bir çox sahələrində biliklər verirdi.
Kollayder kimi də tanınan bu maşınların istehsalına 1950-ci illərdə İtaliya, Kaliforniya və Novosibirskdə təxminən eyni vaxtda başlanılıb. 1960-1980-ci illər arasında Fransa, İtaliya, Sibir, Kaliforniya, Massaçusets, Almaniya və Yaponiyada güclü kollayderlər quruldu.
Sovetlər ən güclü sürətləndirici istehsal etməyə başladılar.
1963-1974-cü illər arasında sovet fizikləri VEP-1, VEPP-2 və VEPP-2M adlı üç fərqli kollayder yaratdılar. Lakin 1980-ci illərə qədər sovetlərin kollayder üzərində işi ləngiməyə başladı. Sovet alimləri 1970-ci illərin texnologiyasında ilişib qalmışdılar, yeni texnologiyalarla ayaqlaşan digər ölkələr isə növbəti nəsil kollayderlər yaradırdılar.
1983-cü ildə Sovet hökuməti “Sürətləndirici-Anbar (UNK)” layihəsini təsdiqlədi və işə saldı. Bu layihə çərçivəsində 21 kilometr uzunluğunda əsas tunellə nəhəng elmi obyekt tikilməli idi. Obyektdəki onlarla dəstək binası və tədqiqatçılar üçün mövcud olan 3000 giqa-elektron-volt (GeV) gücü o vaxt Sovetlərə dünyanın ən güclü hissəcik sürətləndiricisini verərdi.
Bu layihəyə təxminən 1 milyard sovet rublu sərmayə qoyulmuşdur. Layihənin tikintisinə Moskvadan təxminən 100 kilometr cənub-qərbdə, Yüksək Enerji Fizikası İnstitutunda başlanılıb. 1960-cı illərin sonunda bu institut 76 GeV enerji istehsal edən U-70 proton sinxrotronu ilə dünya şöhrəti qazanmışdı.
Sovet planına görə, U70 yeni sürətləndiricinin ilk sürətləndirilməsi mərhələsində istifadə edilməli idi. 1983 və 1986-cı illərdə sovetlərin işi olduqca ləng gedirdi və bu müddət ərzində tunelin cəmi 1,5 kilometri tamamlanmışdı. 1987-ci ildə isə iş xeyli artdı. O vaxt gözlənilmədən sovetlər Kanadanın Lovat şirkətindən iki müasir tunel qazma maşını almışdı.
Layihənin tikintisi sürətləndi, lakin iqtisadiyyat da pisləşdi:
1989-cu ildə tunelin 70% -i tamamlandı, hissəciklərin U-70-dən UNK-ə ötürülməsinə imkan verəcək 2,5 kilometrlik "injection tuneli" isə 95% tamamlandı. Bütün bu sürətlənmənin nəticəsi olaraq həyəcanlanan elm adamları ilk təcrübələrini 1990-cı illərin ortalarında keçirəcəklərini gözləyirdilər.
Lakin məhz bu zaman sovet meqalayihəsi maliyyə çətinlikləri yaşamağa başladı. İqtisadi və siyasi islahatlar və SSRİ Qarşılıqlı İqtisadi Yardım Şurasındakı müttəfiqlərinin əksəriyyətini itirdiyi üçün layihəyə maliyyə dəstəyi yavaş-yavaş donurdu. 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılması ilə UNK layihəsi başa çatmaq üzrə idi. Yeni hökumət layihəni tək buraxmağın baha başa gələcəyini və onu su ilə basdırmağın yerli ekoloji tarazlığı təhdid edəcəyini düşünürdü. Buna görə də layihənin tikintisi 4 il davam etdi və layihənin əsas tuneli 1994-cü ildə tamamlandı.
Bununla belə, tunel tamamlansa belə, içəriyə yerləşdiriləcək avadanlıq iqtisadiyyatı ciddi şəkildə sarsıda bilər. O vaxtkı planlaşdırılan 2500 superkeçirici maqnitdən yalnız bir neçəsi quraşdırma üçün gətirildi. Bundan sonra layihənin sonu yavaş-yavaş görünməyə başladı.
Murad Şahməmmədov









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











