Amerikadan olan çoxuşaqlı ər-arvad təsadüfən bacı-qardaş olduqlarını öyrənib...
"Əzizim, bu barədə heç narahat olma, qorxulu bir şey yoxdur, boş ver..."
"Mən DNT testləri sifariş etdim, öz səcərəmi yoxlayanda ərim də orada peyda oldu, mən şok keçirdim..."
ABŞ-da üç uşaq tərbiyə edən ailə cütlüyü öyrənib ki, onlar əminəvəsidir.
Oxuməni.az xəbər verir ki, bu barədə "People" nəşri yazıb.
Ər-arvad Selina və Cozef Kinyones on il nikahda olduqdan sonra öz səcərələri barədə daha çox məlumat öyrənmək istəyib və bu məqsədlə "MyHeritage" saytının xidmətlərindən istifadə edib.
"Mən DNT testləri sifariş etdim, biz yaxmalar verdik və onları poçt ilə göndərdik. Biz testin nəticələrini aldıq, mən DNT üzrə öz səcərəmi yoxladım.
Ərim də orada peyda oldu. Mən dedim: "Yox bu ola bilməz", - Selina danışıb və etiraf edib ki, bundan sonra Cozeflə birgə olacağına şübhə etməyə başlayıb.
"Mən şokda idim. Düzünü desəm, çox məyus olmuşdum. Lakin bizim artıq 3 uşağımız var və hamısı sağlamdır. Buna baxmayaraq, mən şok keçirdim", - Selina 15 və 13 yaşlı oğulları və 10 yaşlı qızları haqqında danışıb.
Cozef həyat yoldaşını sakitləşdirməyə başlayıb: "Əzizim, bu barədə heç narahat olma, qorxulu bir şey yoxdur, boş ver".
"Mən bu barədə çox düşündüm və bir müddətdən sonra belə qərara gəldim ki, biz bununla heç nə edə bilmərik, mən hansısa qanın aramıza girməsinə imkan vermərəm ", - qadın bəyan edib.
Selena xatırlayıb ki, onların ailələri tanış olanda heç kim qohumluq əlaqələrindən şübhələnməyib.
"Bizim toyumuz olub və o zaman nənələrimiz bir-birinə çox oxşayıb və onlar çox yaxşı yola gedib. Heç kim heç nə barədə şübhələnməyib", - o, deyib.
Cütlük konkret olaraq necə qohumluq əlaqələrində olduğunu dəqiq bilmir. Lakin güman edir ki, onların ulu baba və nənələri doğma bacı-qardaş ola bilərdi.
Qadın Kolorado ştatında daşınmaz əmlak üzrə məsləhətçi işləyir. O, bu xəbəri "Tik-Tok"da paylaşım edib.
Abunəçilərin reaksiyası birmənalı olmayıb.
"Çoxsaylı neqativ şərhlər yazılıb. Bu, dəhşətdir", - qadın jurnalistlərə deyib. Onun sözlərinə görə, o heç gözləməyib ki, onların ailə tarixçəsi məşhur nəşr jurnalistləri tərəfindən belə maraqla qarşılanacaq.
"İndi mən özümü daha azad hiss edirəm. Olanımız budur. İnsanlar bir-birini kimliyindən aslı olmayaraq sevir. O zaman mən nədən öz əmioğlumu təsadüfən sevə bilmərəm?" - qadın deyib.
Belə rezonansdan sonra Selina öz səcərəsinin öyrənilməsini dayandırıb, amma hər halda ümid edir ki, bir müddətdən sonra onu Cozeflə bağlayan qan qohumluğunun mənşəyi barədə bütün informasiyanı əldə edə biləcək.Moderator.az









































.jpg)
.jpg)
.jpg)






































.jpg)

.jpg)











