Yeni uzunömürlü batareya texnologiyası tapıldı

Yeni uzunömürlü batareya texnologiyası tapıldı

12 Aprel 2023 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Batareya texnologiyaları ilə bağlı araşdırmalarını davam etdirən Vyana Texniki Universiteti oksigen-ion batareyalarını inkişaf etdirməyə müvəffəq olub.

Litium-ion batareyaları hal-hazırda elektrik avtomobillərindən tutmuş smartfonlara qədər demək olar ki, hər yerdə istifadə olunur. Geniş istifadə sahəsinə baxmayaraq, bu batareyaların müəyyən problemləri də var. Bu problemlərin qarşısını almaq üçün yeni batareya texnologiyaları üzərində araşdırmalar davam etdirilir.

Oksigen-ion batareyaları isə bir çox fərqli üstünlüklərə malikdir. Batareya texnologiyaları ilə bağlı araşdırmalarını davam etdirən Vyana Texniki Universiteti əhəmiyyətli üstünlüklərə malik oksigen-ion batareyalarını inkişaf etdirməyə müvəffəq olub. Litium-ion batareyalar qədər yüksək enerji sıxlığına malik olmasalar da, bu batareyalar bərpa olunan xüsusiyyətləri ilə zamanla öz saxlama qabiliyyətini bərpa edə bilir. Beləliklə, bu batareyalar olduqca uzun bir xidmət müddəti təmin edə biləcək.

Nadir elementlər olmadan istehsal oluna bilən oksigen-ion batareyalarının təchizatında heç bir problem yaratmayacağı bildirilir. Onun yanar olmayan materiallardan hazırlanması bu yeni texnologiyanın digər mühüm üstünlüyü kimi diqqəti cəlb edir.

Yeni akkumulyator texnologiyası üçün Vyana Texniki Universiteti artıq İspaniyadakı əməkdaşlıq tərəfdaşları ilə birlikdə patent ərizəsi təqdim edib. Oksigen-ion batareyalarının xüsusilə bərpa olunan mənbələrdən istehsal olunan böyük enerji saxlama sistemləri üçün əla həll olduğu düşünülür.

Metallar yerinə keramika materialları ilə batareya istehsal etməyi bacaran Vyana Texniki Universitetinin komandasının işlədiyi materiallar iki mənfi yüklü oksigen ionlarının hərəkəti ilə enerji toplayır. Yeni batareyalardakı oksigen ionları bir keramika materialından digərinə keçir və elektrik cərəyanı yaradır.

Keramikanın yanmaz olması səbəbindən litium-ion batareyalarda yanğın riskini aradan qaldıran yeni texnologiya asanlıqla yenilənə bildiyi üçün uzunmüddətli istifadəni də vəd edir. Aşağı enerji sıxlığı bu yeni texnologiyanın yeganə dezavantajı olaraq görülür.

Beləliklə, oksigen-ion batareyaları telefonlar və ya avtomobillər üçün deyil, daha böyük enerji saxlama sistemləri üçün uyğun ola bilər. Bu texnologiyanın günəş və ya külək elektrik stansiyaları üçün istifadə oluna biləcəyi bildirilir.

Murad Şahməmmədov