Aparılan araşdırmalar balın ürək sağlamlığına  müsbət təsirini göstərir

Aparılan araşdırmalar balın ürək sağlamlığına  müsbət təsirini göstərir

5 Aprel 2023 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Oruc tutarkən daha az yeməklə bədəninizin ehtiyac duyduğu qidaları almalısınız. Bunun üçün süfrənizə qida dəyəri yüksək olan qidaları mütləq daxil etməlisiniz. Tarix boyu təbii dərman kimi istifadə edilən bal bu qidalar arasındadır.

Hər gün sağlam qidalardan istifadə etmək mütləqdir, lakin Ramazan ayında bu daha da vacibdir. İftar və sahurda nə yediyinizi diqqətlə seçməlisiniz ki, uzun aclıq zamanı orqanizm zəifləməsin. Bildiyiniz kimi, sağlam qidalanmada məhdud miqdarda duz və şəkər istehlak etmək arzuolunandır. Bütün ekspertlər razılaşır ki, xüsusilə Ramazan ayında duz və şəkər istehlakını çox az saxlamalısınız. Təbii və sağlam qidalar istisna olmaqla. Bal təbii və sağlam qidalardan biridir.

Oruc tutarkən iftar və sahur arasındakı məhdud vaxtda daha az yemək və bədəninizin ehtiyac duyduğu qidaları almalısınız. Bunun üçün süfrənizə qida dəyəri yüksək olan qidaları mütləq daxil etməlisiniz. Arıların bizə ən şirin hədiyyəsi olan balın tərkibində bol miqdarda karbohidrat, bir qədər su, bir az da protein var. Balın növündən asılı olaraq onun tərkibində müxtəlif vitaminlər və minerallar ola bilər. Bədənin əsas enerji mənbəyi karbohidratlardır. Xüsusilə çəki problemi olanlar karbohidratlardan uzaq durmalı, lakin orqanizmin ehtiyac duyduğu enerjini ala bilməsi üçün sağlam və keyfiyyətli qidaların tərkibində olan karbohidratlar istehlak edilməlidir. Bir xörək qaşığı balın tərkibində orta hesabla 30 kalori var, ona görə də sizi kökəltəcək bir miqdar deyil.

İftar və ya sahurdan sonra şirniyyata can atdığınız zaman bir xörək qaşığı bal qəbul etmək, digər işlənmiş şirin qidalara nisbətən çox daha sağlam bir seçimdir. Təbii bal aşağı glisemik indeksi sayəsində sağlamlığın qorunmasında faydalı mövqedədir. Yüksək glisemik indeksi olan qidaların həddindən artıq istehlakı piylənmə, qaraciyər yağlanması, insulin müqaviməti və şəkərli diabet və bəzi xərçəng növlərinin inkişaf riskini artırır. Təbii və sağlam balın glisemik indeksi aşağı olduğu üçün qan şəkərini tez artırmır. Təbii bal və ya bal reseptləri iftar, iftardan sonra qəlyanaltı və ya sahur üçün yüngül alternativlər axtaranlar üçün əla seçimdir.

Bal üzərində aparılan bəzi araşdırmalar onun ürək sağlamlığına da müsbət təsir göstərə biləcəyini göstərir. Təbii balın qan təzyiqini aşağı salmağa, qan yağ səviyyəsini yaxşılaşdırmağa, ürək döyüntüsünü tənzimləməyə və sağlam hüceyrələrin ölümünün qarşısını almağa kömək edə biləcəyi düşünülür. Yaşı 40-dan yuxarı olan 5000-ə yaxın insanın iştirak etdiyi müşahidə tədqiqatında təbii balın orta səviyyədə istehlakı qadınlarda yüksək təzyiq riskinin aşağı olması ilə əlaqələndirilib. Həmçinin, siçanlar üzərində aparılan bir araşdırmada təbii bal ürəyi oksidləşdirici stressdən qorumağa kömək edib. Bununla belə, şəkər xəstələri üçün təbii bal təmizlənmiş şəkərdən bir qədər yaxşı olsa da, yenə də ölçülü şəkildə istehlak edilməlidir.

Murad Şahməmmədov