
Alman ailə Ramazanın ilk cüməsində bütövlükdə İslamı qəbul etdi...
Martın 24-də, mübarək Ramazan ayının ilk cümə günü Almaniyanın Baden-Vürtemberq şəhərindən olan bir alman ailəsi İslamı qəbul etmək üçün tam tərkibdə məscidə gəlib.
"İslamnews" nəşri xəbər verir ki, bu haqda isveçrə-alman jurnalisti Əhməd əl-Havas məlumat yayıb.
“Cümə namazından sonra bir alman ailəsi İslamı qəbul etmək xahişi ilə məscidin qapısını döydü. Bu din necə də böyükdür! Allah onları doğru yola yönəltsin!”, – deyə Əhməd "Facebook" səhifəsində yazıb.
Müəllifin paylaşımını müşayiət edən fotoda həmin ailənin - dörd uşağı ilə birlikdə ata-ananın Allaha şəhadət kəlməsini (tövhid rəmzi) söylədikdən sonrakı təsviri əks olunub.
Digər xəbərlər