8 ARVADI, 7 SEVGİLİSİ VƏ 107 UŞAĞI VAR

8 ARVADI, 7 SEVGİLİSİ VƏ 107 UŞAĞI VAR

15 Mart 2023 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bir qadın üçün çox ağıllı olduğunu iddia edən keniyalı David Zakayonun 8 arvadı, 7 sevgilisi və 107 uşağı var. "Mənə çoxlu arvad lazımdır ki, onlar beynimdəki fikirləri idarə edə bilsinlər" deyən Zakayo, gənc qadınlarla evlənməyə davam edəcəyini bildirib. İlk evliliyini 1987-ci ildə edən David qadın tərəfindən idarə oluna bilməyəcəyini və yeni evliliklər qurmağa və başqa qadınlarla da münasibət qurmağa başladığını bildirib. "Məm çox ağıllıyam" deyə

"Sunday Nation" qəzetinə danışan David, "Kişini tək qadın idarə edə bilməz. İnsan beyni böyük bir kisə kimidir və hərəkət rahatlığı üçün kiçik parçalara kəsilməlidir. Mənim çox ehtiyacım var. Beynimdəki fikirləri idarə edə bilmək üçün hələ çox arvad alacağam".

Yaşadığı bölgənin standartlarına görə yoxsul hesab edilən Davidin yarım hektar qarğıdalı sahəsi var, həmçinin şəkər qamışı yetişdirir. Ailəsini dolandırmaq üçün üzləşdiyi çətinliklərə baxmayaraq, öz ayaqları üstündə durmağı bacaran Davud özünü müqəddəs kitabda adı çəkilən və 700 arvadı və 300 sevgilisi olan padşah Süleymana bənzədir. David gənc qadınlarla evlənməyə davam edəcəyini bildirib.

Murad Şahməmmədov