Ezgi Mola zəlzələdə xilas edilən itə sahib çıxdı

Ezgi Mola zəlzələdə xilas edilən itə sahib çıxdı

14 Mart 2023 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Kahramanmaraşda maddi və mənəvi itkilərə səbəb olan zəlzələdən sonra işlər səngimir, yardımlar və ianələr davam edir. Kahramanmaraşda 11 vilayətdə baş verən 7,7 və 7,6 ballıq dağıdıcı zəlzələlərdən sonra dağıntılar altından xilas edilən itə məşhur aktrisa Ezgi Mola sahib çıxıb.

Kahramanmaraş və ətraf vilayətlərin böyük dağıntılarla üzləşdiyi zəlzələdən sonra xilasetmə işləri davam edərkən Türkiyənin hər yerində yardım toplama mərkəzləri yaradılıb. Tanınmışlar aidiyyatı qurumlara pul verməklə yanaşı, bu cür əməlləri ilə də diqqət çəkməkdədirlər.

Murad Şahməmmədov