"Məni İrana buraxmadılar, dedilər ki, səni həbs edə bilərlər..." - Obamanın azərbaycanlı oxşarı

"Məni İrana buraxmadılar, dedilər ki, səni həbs edə bilərlər..." - Obamanın azərbaycanlı oxşarı

12 Mart 2023 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

“Məni Moskvaya çağırdılar ki, İranda oxşarların görüşü olacaq, orada iştirak edəcəksiniz. Mən İranda olmamışam, oranı tanımıram. Moskvaya getdim. Məndən orada müsahibə aldılar, amma həmin müsahibə heç bir yerdə dərc olunmadı. Görünür ki, hansısa agent məndən gizlin müsahibə adı ilə söz alıb. Məndən soruşdular ki, “Real Obama olsaydın İrandan nə tələb edərdin?”. Mən də dedim ki, oradakı molla rejimi insanları sıxışdırır, azadlıq yoxdur, insanların sərbəst toplaşma hüququ yoxdur. Bir də dedim ki, Urmiya gölü cənubi Azərbaycanın sayılır, amma o gölü qurudurlar. Bununla yanaşı mən İranda Azərbaycan dilində təhsilin olmamasından da gileyləndim. Bu cür fikirlər dedim. Üstündən 2 gün keçdi, təyyarəyə mindik ki, İrana gedək. Məni İrana buraxmadılar. Dedilər ki, “ora getsən səni həbs edəcəklər.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obamanın azərbaycanlı oxşarı Asif Mustafayev deyib.

“Qəbələdə yaşayıram. Öz sənətim rəssamlıqdır. İki filmdə çəkilmişəm, tamaşalarda çıxış etmişəm. İsraildə əkizlər haqda filmdən mənə dəvət gəlib. Bu gün də rəssamlıq sənəti ilə məşğulam. Amma bir o qədər də aktiv məşğul olmuram. Barak Obamaya 50 metrlik məktub yazıb, Ağ evə çatdırmışdım. Həmin məktubda ermənilərin Qarabağda törətdiyi cinayətkarlıqlarla bağlı qeydlər də etmişdim” deyə Asif Mustafayev deyib.

“Oxşarlıq sizə pul qazandırıb?” sualına isə Asif Mustafayev belə cavab verib.

“Bəli, olurdu. Adi şəkil çəkdirib biz pul alırdıq. Pulsuz şəkil çəkdirmirdik. Moskvada olanda bir gündə 100-200 şəkil çəkdirdim. Şəkilin də biri 150-500 rubl arasında dəyişirdi. Digər ölkələrdə də şəkil çəkdirib pulumuzu alırdıq. Xarici ölkələrə də gedəndə otel və yol xərcindən əlavə, rüsumumu da deyirdim. Rüsum verilməyəndə getmirdim. Obamanın gündəm olan vaxtlarında verilişlər məni dəvət edirdi. Deyirdim ki, filan qədər pul versən gəlib verilişində oturacam. Pulumu alıb, verilişdə oturmuşam. Türkiyədə də 70 kanalda çıxışım olub. Hamısından da mənə pul ödəyiblər” deyə o bildirib.

Asif Mustafayev Barak Obamanın şəxsən onu tanıdığını da bildirib.

“2010-cu ildən bilir ki, Azərbaycanda onun oxşarı var. Amerikanın indiki prezidenti Corc Baydenin də xəbəri var. Qeyd etmək istərdim ki, Baydenin prezident seçkiləri ərəfəsində seçki təbliğatını aparanlardan biri də mən olmuşam. Hətta bu təbliğatı apardığıma görə facebook səhifəsində mənə təşəkkür edib, mesaj da göndərmişdi. Çox təəssüf ki, Donald Trampın seçiciləri facebook səhifəmi iki dəfə vurub, bağlatdırmışdılar. Hillari Klintonun da bu oxşarlıqdan xəbəri var” deyə o bildirib.

103826310382641038266

1038265