Vitrindəki Gisele deyilmi?

Vitrindəki Gisele deyilmi?

29 Aprel 2011 13:58
Bəyəndim (0) Bəyənmədim (0)
Firmanın orijinal ideyası "tutdu"

Vitrində dünyanın ən tanınmış manekenini görsəniz, nə edərsiniz? Təxminimizə görə, geri qayıdıb, bir daha, bir daha, bir daha baxarsınız...

Podiumların məşhur adı, "Forbes" jurnalına görə, dünyanın ən çox qazanan modeli Gisee Bündxen vətəni Braziliyadakı bir mağazanın "canlı" manekeni oldu. Ötən günlərdə Türkiyəyə gələrək türk qadınlarını özünə heyran buraxan braziliyalı model Gisele Bündxen San-Pauloda "C- A" mağazasının vitrininin "qonağı" oldu. Markanın yeni kolleksiyasının təqdimatı üçün maraqlı bir yola müraciət edən firma Bündxeni vitrin manekeni edərək, alver etməyə gələnlərə böyük bir sürpriz hazırladı. Vitrin tamamilə Giselenin fərdi qarderobundan hazırlandı.


Top-modelin həyat tərzini əks etdirən paltarlar vitrinə yerləşdirilsə, nə edərsiniz? Təxminimizə görə, bir daha, bir daha, bir daha vitrinə baxarsınız...


Günel Həbib


O.M.