Britaniya kurortundan məktub 100 ildən sonra Londondakı ünvanına çatdırıldı
1916-cı ilin fevralında göndərilən məktub 100 ildən sonra Londonun cənubundakı bir ünvana gəlib.
Oxuməni.az xəbər verir ki, 2021-ci ildə 27 yaşlı Finlay Qlenin Londondakı Kristal Palas rayonunda olan mənzilinə Bat şəhərindən 1 pens dəyərində Kral V Corcun təsviri olan poçt markası və möhürü olan zərf gəlib, lakin bu, yalnız indi məlum olub. Finlay Qlen məktubu iki il masasının siyirməsində saxlayıb.
"Biz olduqca təəccübləndik, necə olub ki məktub yüz il hardasa qala bilər!"- Glen deyir.
Böyük Britaniya Kral Poçtu bunun necə baş verdiyini bilmədiyini söyləyib.
2000-ci il Böyük Britaniya Poçt Xidmətləri Qanununa əsasən başqa şəxsə ünvanlanmış məktubların açılması cinayətdir, lakin ixtisasca teatr rejissoru olan Qlen məktubun yüz ildən çox əvvəl göndərildiyini anlayaraq, bu zərfin açıla biləcəyinə qərar verib.
“Əgər cinayət törətmişəmsə, ancaq üzr istəyə bilərəm”,- deyir.
Yerli tarix nəşri olan "Norwood Review" jurnalının redaktoru Stiven Oksfordun sözlərinə görə, məktubun ünvanlandığı “əziz Keti” yerli maqnat Osvald Marşın həyat yoldaşıdır.
Osvald Marş əsas marka satıcısı idi və Marş ailəsinin dostu, zəngin çay taciri Henri Tuk Mennellin qızı Kristabel Mennell məktubu Batda tətildə olarkən yazıb.
Məktubunda Mennell dediklərindən çox utandığını (nə nəzərdə tutduğunu, biz heç vaxt bilməyəcəyik) etiraf edir və pis soyuqdəymədən özünü iyrənc hiss etdiyini yazır.
"Bu, çox qeyri-adi və maraqlıdır, məktub bizə bu yerin tarixini və 19-cu əsrin sonlarında varlı orta təbəqə üçün çox məşhur yer olan Norvudda yaşayan insanların tarixini öyrənmək imkanı verir", - Stiven Oksford deyir. "Varlılar Kristal Palas-a axın edib və bu əraziyə köçənlər haqqında təfərrüatları öyrənmək olduqca maraqlıdır."
Göndərən və ya alıcının qohumları əlaqə saxlasaydı, onda nə edərdi sualına Qlen belə cavab verib : "Bu, ailə tarixinin heyrətamiz bir parçasıdır və istəyirlərsə, götürsünlər".
"Belə hadisələr çox nadirdir və biz bu halda nə baş verdiyini bilmirik", - Kral Poçt Xidmətinin sözçüsü tapıntı haqqında deyib. Biz başa düşürük ki, 1916-cı ilə aid məktubun hekayəsi insanlar üçün maraqlı olacaq, lakin baş verənlərlə bağlı əlavə məlumatımız yoxdur”.
E.Axund, Oxuməni.az



















































.jpg)
.jpg)
.jpg)










































