Zəlzələ stressi Ürək Çətinliyinə Səbəb Olarmı?

Zəlzələ stressi Ürək Çətinliyinə Səbəb Olarmı?

13 Fevral 2023 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Stress zamanı orqanizmin adrenalin kimi hormonlar ifraz etdiyini dilə gətirən həkimlər, adrenalin ifraz olunduğu zaman ürək daha tez döyünür, bədəninizdə qan dövranınız sürətlənir və təzyiq yüksəlir deyə bildirirlər. Həmin vaxt ürəyin özü üçün lazım olan qan axını olmaya, D\damarlar tıxana, qan ürəyə və beyinə çatmaya bilər ki, bu da infarkta səbəb olur.

İnfarktın ən qabarıq xüsusiyyətinin sinə ağrısı olduğunu vurğulayan həkimlər, ağrının döş qəfəsinin ortasında təzyiq şəklində ola biləcəyini, ancaq bel, çiyin, boyun və qarın nahiyələrində də hiss oluna biləcəyini bildiriblər. Ürək böhranı keçirən xəstələrdə təzyiq tipi ağrı və tərləmənin də olduğunu, bəzən qusmanın da əlavə olunduğunu ifadə edən həkimlər, xəstələrin çox şiddətli, sanki qabırğası sıxılırmış kimi ağrıları ifadə etdiklərinə diqqət çəkirlər.

Tac damarlarında artıq aterosklerozu olan şəxslər kəskin stresslə qarşılaşdıqda koronar damarların daralması və qan axınının azalması səbəbindən sinə ağrısı ilə qarşılaşa bilərlər.

Murad Şahməmmədov