Apple, Amazon və Google şirkətləri Türkiyəyə yardım edəcəklərini açıqlayıblar
Məlum olduğu kimi, Türkiyənin cənubundakı bölgələrdə 7,6 və 7,7 bal gücündə zəlzələlər və sonradan 9 saat fərqlə təkrar baş verən zəlzələlər nəticəsində infrastruktura çoxlu ziyan dəyib. Texnologiya nəhəngləri Amazon, Google və Apple, Kahramanmaraşdakı zəlzələlər səbəbindən Türkiyəyə edəcəkləri yardımı açıqlayıblar.
Amazon tərəfindən edilən şərhdə, “İstanbuldakı təchizat mərkəzlərindən zəlzələdən zərər çəkmiş şəhərlərə yardım göndərəcəyik. Buraya odeyal, çadır, qızdırıcı, qida, uşaq bezi, uşaq qidası, dərman və digər təcili ləvazimatlar daxil olacaq".
Google SOS xəbərdarlıqlarının (böhran zamanı fövqəladə məlumatı daha əlçatan etmək) istifadəsini daha rahat təsvir edir:
"Böhranın xarakterindən və yerləşdiyiniz yerdən asılı olaraq, siz yerli, milli və ya beynəlxalq SOS yeniləmələrini görəcəksiniz. Bu yeniləmələrə təcili telefon nömrələri və vebsaytlar, xəritələr, faydalı ifadələrin tərcümələri, ianə imkanları və s. daxil ola bilər."
Apple CEO-su Tim Cook, şirkətinin Türkiyədəki fəlakətdən sonra yardım və bərpa əməliyyatlarına töhfə verəcəyini də açıqlayıb.
Murad Şahməmmədov



















































.jpg)
.jpg)
.jpg)










































